Çərşənbə 12 Dekabr 2018
Yenilənib Şənbə 23 May

Əlaqədar


Şrift ölçüsü :  

Xacə Nəsirin şiələrin qüdrətə çatmalarındakı rolu

Səhər TV, Xəbərlər- Günəş təqvimi ilə 579-cu il isfənd ayının 5-də Tus diyarında Xacə Nəsirəddin Məhəmməd Tusi dünyaya göz açdı.

O, yeddinci yüzilliyin iranlı şairi, filosofu, natiqi, fəqihi, alimi, riyaziyyatçısı və astronomudur. Təxəllüsü- Əbu- Cəfər, ləqəbləri isə “Nəsirəddin”, “Mohəqqeqe Tusi”, “Ostade Əl-Bəşər” və “Xacə”dir. Əslində o, elə bir şəxsdir ki, bütün islami firqə və tayfalar onun böyüklüyü və əzəmətini təsdiq ediblər.
İdrak elmində Fəridəddin Damadın, dini elmlərdə öz böyük atasının, riyaziyyatda Kəmaləddin Yunis Mosulinin şagirdi olub. O, zamanının bütün elmlərində yüksək dərəcələrə nail olub.
İsmailiyyə əmirlərindən olan Qəhistanın hökmdarı- Nasirəddin Əbdürrəhim bin Əbi Mənsurun hiddət və qəzəbinə tuş gəldiyi  üçün bir müddət İsmailiyyə qalalarında məhbus olub və məhz o zaman o, əksər riyazi yazıları, “Şərhi işarat” və “Əsas-ul-iqtibas”ı yazdı.
Təqribən 654-cü ildə Həlakuxanın İsmaililər üzərində qələbə qazanması və İsmailiyyə qalalarını fəth etməsi ilə xacə nicat tapdı, lakin bir daha monqol Həlakuxan sarayınını toruna düşdü, ancaq həmin fürsətdən də yaxşı şəkildə istifadə etdi; onlara nəsihət verib, istiqamətləndirdi, onları şiələrə qarşı şər əməllərdən çəkindirdi, sonra da özü şiəliyi yaymağa və fəlsəfi və riyazi kitablar yazmağa başladı.
O, Marağada 400 nüsxə kitaba malik olan bir kitabxana yaratdı, ondan 120 cilddən yuxarı və deyilənlərə görə, 180 cilddən çox əsər qalıbdır ki, onlara bunları misal çəkmək olar: Adab-ul-mötəəllemin, İsbati Bəqa-əl-nəfs-əl-insaniyyə, İsbat-ul-vacibi Təala, Əxlaqi Nasiri, Əsas-ul-iqtibas, Əl-İmamə, Usaf-əl-əşraf, Təcrid-ul-kəlam və sair.
Nəhayət o, 672-ci ildə bir qrup şagirdi ilə Bağdada olan sonuncu səfərində xəstələndi və elə oradaca vəfat etdi və öz vəsiyyətinə əsasən, Kaziməyndə, iki böyük imamın ayaqları altında torpağa tapşırıldı.
T-6

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-02-25 19:05:48 | Kateqoriya: İRAN | İzlənilib: 675 | Bəyənib: 0