Çərşənbə 18 Oktyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

TƏQLİD

Təqlid nədir?


(Səhər TV)—Hökmlər (əhkam) barəsində məsələləri qeyd etməzdən öncə hökmlərin nə olduğunu bilmək yaxşıdır. Nə üçün onları öyrənməliyik? Onların istifadə halları bizim üçün nədir?

1. Əhkam (hökmlər): Bir sıra göstərişlərə deyilir ki, müctəhid və alimlər uzun illər səy və çalışma ilə Qurandan onları çıxarır və sadə və asan şəkildə bizə təqdim edirlər.
2. Bildiyimiz kimi əgər bir şəxs bir iş seçmək istəyirsə hər şeydən öncə o işə aid məlumatı, iş yerini bir çox ehtiyac duyulan digər avadanlıqlarla birlikdə öyrənməlidir. Deməli əgər müsəlman iddiasındayıqsa, öz dinimizi tanımalıyıq.
3. Fərz edin ki, siz namaz qılmaqla məşğulsunuz, sizin fikriniz dağılır və şəkk edirsiniz ki, namazın 3-cü rükətindəsiniz yoxsa 4-cü rükətində, belə halda nə edirsiniz? Yaxud fərz edin ki, mübarək Ramazan ayının sonudur, bir qrup insan deyir ki, Fitr bayramıdır və bir qrup isə deyir ki, hələlik bayram deyil və siz də ayın əvvəlinin sübut olunduğunu bilmirsiniz və təqlid mərcəyiniz də yoxdur, belə halda nə edirsiniz?

Yuxarıdakı məsələlərdən nəticə alırıq ki, təkcə öz ehtiyac duyduğu məsələ deyil, ondan da kənar əhkamı öyrənmək hər bir müsəlmanın vəzifəsidir və həddi buluğa çatan hər bir müsəlman özü üçün təqlid mərcəyi seçməlidir. (İzah: Həddi buluğ qızlar üçün 9 yaş və oğlanlar üçün 15 yaşdır.) Eyni zamanda yuxarıda irəli sürülən suallara cavab veriləcək.

Təqlid:
Yəni Cameuş-şərait (bütün lazımi şəraiti özündə cəmləşdirən) müctəhidin göstərişi ilə əməl etmək.

Təqlid mərcəyi kimdir?
Cameuş-şərait müctəhid o şəxsə deyilir ki, kişi, həddi buluğa çatmış, ağıllı, 12 imam şiəsi, halalzadə, canlı və ədalətli olsun və öz dövrünün müctəhidlərindən bilikli olsun. (qeyd: Ədalət dedikdə məqsəd budur ki, vacib əməllərin icrası və böyük günahların tərk olunmasında nəfsi qüdrətə malik olsun).


Təqlid mərcəyini seçməyin şərtləri:

1. İnsanın özü yəqinə çatmış olmalıdır yəni insan özü elm əhlindən olmalı və ən yaxşı müctəhidi seçmək bacarığına malik olmalıdır.
2. Ən yaxşı müctəhidi seçmək bacarığına malik iki adil alim tərəfindən bir şəxsin daha elmli olması təsdiqlənsin. Bir şərtlə ki, başqa iki alim adil onların dediyi ilə müxalifət etməsin.
3. Bir şəxsin müctəhid və daha alim olması məsələsi el arasında o qədər geniş yayılmış olmalıdır ki, həmin şəxsin şöhrəti ilə bağlı heç bir şübhəsi qalmamış olsun.
Müctəhidin fitvasının əldə olunma yolları:
1. Müctəhidin özündən eşitmək.
2. Müctəhidin fitvasını nəql edən iki adil şəxsdən eşitmək. Bir adil şəxsin nəqli qəbul olunmur. Bir şərtlə ki, həmin şəxsin doğru danışdığı haqda yəqinlik əldə olunmuş olsun.

Müctəhidin fitvalarını əldə etmək üçün doğruluğu barəsində yəqinlik əldə etdiyimiz risaləyə (şəri hökmlər toplusu) müraciət etmək olar.B-25


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2012-01-15 17:48:33 | Kateqoriya: TƏQLİD MƏRCƏLƏRİ | İzlənilib: 3580 | Bəyənib: 2