Çərşənbə 13 Dekabr 2017
Yenilənib Şənbə 23 May

Əlaqədar


Şrift ölçüsü :  

Təbrizin bələdiyyə muzeyi

SəhərTV--Təbrizin bələdiyyə sarayı bu şəhərin görməli və gözəl binalarından biridir. Bu bina Rza şahin fərmanı ilə, növbər qəbiristanlığı üzərində, Alman mühəndislər tərəfindən inşa edilib. Bu saray istifadəyə verildiyi gündən indiyədək Təbriz şəhərinin bələdiyyə idarəsi üçün istifadə olunur.


Təbrizin bələdiyyə sarayı 30.5 metr hündürlüyə malik olan dörd tərəfli saat qülləsinə malikdir. Bu saat 15 dəqiqədən bir zəng çalaraq əhaliyə zamanın keçməsini xatırladır.
Binanın fasadı yonma daşla örtülüb. Binanın ümumi planı isə uçmaqda olan bir qartalı xatırladır bu da ikinci dünya müharibəsindən öncəki Almaniya binalarına uyğunluğu əks etdirir.
Həm də muzey kimi istifadə olunan bu binanın cənub tərəfində geniş və gözəl sahə yaradılıb, burada müxtəlif ağaclar və güllərə rast gəlmək olar. ərazi də Təbriz şəhərində istifadə olunan ilk taksi və ilk yanğınsöndürmə maşını nümayiş etdirilir.
Bu imarət 1386-ci hicri şəmsi ilində , İranın ilk şəhər bələdiyyə cəmiyyətinin Təbrizdə yaradılmasının 100 illiyi münasibəti ilə ölkə səviyyəsində ilk bələdiyyə muzeyinə çevrilmişdir. Hal hazırda Təbriz bələdiyyəsinin bəzi rəsmi diplomatik görüşləri də bu binada təşkil olunur.

Təbriz bələdiyyə muzeyinin zirzəmisində 800 kvadrat metrlik sahə İran bələdiyyələrinin tarixini əks etdirən İranda yeganə bələdiyyə sərgisi olaraq istifadəyə verilmişdir və Çindən sonra dünya üzrə ikinci bələdiyyə muzeyi hesab olunur.
110 illik keçmişi olan son dərəcə nəfis xalçaları görmək istəyənlər mütləq Təbriz bələdiyyə muzeyinin Xalça zalına baş çəkməlidirlər.

Muzeyin görməli eksponatları
Təbrizin bələdiyyə muzey sarayı şəhərin mərkəzində Saat meydanında yerləşir. Muzeydə müxtəlif zallar mövcuddur bunlara, qədim fotoaparatlar, müqəddəs müdafiə, çap və nəşriyyat, xalça, müasir sənətlər, xəttatlıq, hikmət və bir neçə başqa zalları misal göstərmək olar.

Xalça zalı
Əsil və qədim Təbriz xalçası axtarırsınızsa mütləq Təbrizin bələdiyyə muzeyinin xalça zalına baxış keçirin. Burada müxtəlif növlü nəfis xalçalara rast gəlmək olar. Zaldakı 12 ədəd xalça binanın inşa edildiyi vaxtdan 1320-ci hicri şəmsi ilinədək Ərfəül-Mülk Cəlilinin əmri ilə toxunan xalçalardır.


Qədim fotoaparatlar zalı
Qədim fotoaparatlar zalında qədim nəsil fotoaparatların tarixçəsi, onların formalaşma və inkişafı prosesinin şahidi olmaq olar.

Görməli eksponatlar
Muzeydə Təbriz bələdiyyəsinə məxsus olan qədim sənədlər və əşyalar, xarici diplomatlar və rəsmilərin təqdim etdikləri hədiyyələr, əlyazma kitablar, sənət əsərləri, bələdiyyənin qədim maliyyə sənədləri, Təbriz bələdiyyəsinin idman klubunun qazandığı mükafatlar, çini qablar, Təbriz barədə yazılan səyahətnamələr, şəhərlə əlaqədar digər təchizatlar və sənədlər saxlanılır.
Muzeydə Təbriz şəhərinin ilk bələdiyyə sədri Qasım xan Valinin silahı, Təbrizin Yanğın mərkəzinin ilk yanğınsöndürən maşını, müxtəlif dövrlərdə bələdiyyədə istifadə olunan təchizatlar, Təbrizin qədim binalarının fotoları, Məşrutə inqilabının sərkərdələrinin fotoları, Təbrizdə ilk küçənin çəkilməsi və neftlə yanan küçə çıraqlarının quraşdırılmasının şəkilləri, bələdiyyənin ilk məktublaşmaları və digər əşyalar yerləşir.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-02-27 20:31:33 | Kateqoriya: İRAN | İzlənilib: 1547 | Bəyənib: 0