Çərşənbə 18 Oktyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qərbli qadın ticarət fenomeni

Səhər TV-- Zəhra Giyom Fransalı jurnalkist hicab yasağından danışarkən bildirir ki, Bəzi qərb və ərəb ölkələrində hicabdan istifadənin qadağan olunması qərblilərin hicabın dəyərlərini anlamalarının göstəricisidir. İslam hicabı imperializm mədəniyyətinin hücumu qarşısında müdafiədir. Belə ki, onlar qadını alver və ticarət istiqamətində vasitə sayırlar. Qərbli qadın ticarət fenomeninə çevrilib. Bu bazarda öz insani dəyərini itirib və qərbli qadın bu bataqlıqda batıb. İnşallah dünyanın hər bir yerində olan müsəlman qadınlar vasitəsi ilə mövcud qadağalar və nağd cərimə və həbslərə baxmayaraq öz hicablarını müdafiə edirlər və biz də gələcək qadının tərəfdarları kimi təqdim olunmağa qadir olacağıq.
İslam hicabından istifadə edən qız uşaqlar arzulayırlar ki, öz islam hicabı ilə məktəbə getsinlər. Təklif edirəm ki, bu qızların məktəblərə buraxılmamasına görə analar onları özəl məktəblərdə qeydiyyatdan keçirsinlər. Çünki Fransa qanunlarına əsasən, bu məsələ mümkündür. Çünki Fransa məktəblərində təhsil doğrudan da puçluğa çatıb. Müsəlman və hətta orta müsəlman ailələrinə təklif edirəm ki, övladlarını özəl məktəblərə göndərsinlər ki, onlar islam hicabını qorumaqla yanaşı həqiqi mənada təhsil alsınlar. Ümidvaram ki, bir gün bu əzizlər də azad şəkildə öz hicablarından istifadə edəcəklər.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2012-02-25 16:35:00 | Kateqoriya: HİCAB | İzlənilib: 3112 | Bəyənib: 3