Çərşənbə 18 Oktyabr 2017
Yenilənib Şənbə 23 May

Əlaqədar


Şrift ölçüsü :  

Pərvin Etesami; İctimai məzmunları tənqidi baxışla nəzmə çəkən İranlı şairə

SəhərTV--Güclü obraz və simvol yaratma, bərabərsizliklər və ictimai dərdlərin əks etdirilməsi şer söyləməyə 8 yaşında başlayaraq, qələm əhlinin heyrətinə səbəb olmuş bir şairənin şer özəlliklərindəndir.
Pərvin təxəllüsünü seçmiş İranın bu məşhur şairəsinin əksər şerləri ədəbi hissələr formasındadır ki, ictimai məzmunları tənqidi baxışla nəzmə çəkibdir.
Onun şerinin özəlliklərindən biri, ictimai dərdlərin bəyan tərzinin fərqli olmasıdır. O, dərdləri açıq şəkildə demir! Ya oxucu üçün əhvalat söyləyir, ya da onu deyişməni dinləməyə çağırır.
Pərvin 1934-cü ildə ata qohumlarından biri ilə ailə qurur və Kirmanşaha gedir, ancaq bu nigah yalnız 2 ay davam edir. O, öz qısa bir şerində həmin günləri kədərlə yad edibdir.
Pərvin Etesami 1941-ci il aprelin 4-də qarın yatalağı xəstəliyinə tutulma üzündən 35 yaşında ikən vəfat edir. Cənazəsi Qum şəhərində Həzrəti Məsumə(s.ə)-nın pak ziyarətgahında ailəvi məzarlıqda uyuyur.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-05-20 10:35:12 | Kateqoriya: İRAN | İzlənilib: 1180 | Bəyənib: 0