Cümə 23 Fevral 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Oruc tutmağın inanılmaz təsirləri ilə bağlı alimlərin son araşdırması

SəhərTV--Cənubi Koliforniya Universitetində yeni kəşfə imza atılıb. Belə ki, onların son araşdırmasının nəticəsinə görə, immun sistemi zəif olan şəxslər xüsusi ilə kimyaterapiya müalicəsi alan xərçəng xəstləri bu kəşfdən yararlana bilərlər. Kimyaterapiya müalicəsi insanın immun sisteminə zəfilədir və ziyan vurur. 
Son araşdırmaların nəticəsinə görə, təkcə üç gün oruc tutmaqla insan bədəninin immun sistemini yenidən bərpa etmək mümkindir. Bu yenidən bərpa ona görə baş verir ki, bədən oruc tutduqdan sonra yeni ağ qan hüceyrələri istehsal edir.
Teleqraf agentliyinin məlumatına görə,  alimlər bu araşdırmanın nəticəsini “İnanılmaz” adlandırıblar. Təkcə üç gün oruc tutmaq yaşlı insanlarda belə bədən sisteminin yenidən bərpası ilə nəticələ bilir.
Qida mütəxəssisləri oruc tutanların yemek rejimlərini tənqid edib və onu sağlam qida hesablamasada,  yeni araşdırmaların nəticəsinə görə oruc tutmaq və ac qalmaq kök hüceyrələrin yeni toxumalar istehsal etməsinə səbəb olur. Həmin toxumalar yeni ağ qan hüceyrələri istehsal edir ki, buda bədəndəki infeksiya ilə mübarizə aparır.
Cənubi Koliforniya Universiteti alimlərinin qənaətincə, yeni kəşf bədənin  təhlükəsizlik sistemi zəifləmiş yaşlı insanların belə immun sisteminin güclənməsinə yardım edə bilər.
Araşdrımaçılar deyir ki, oruc tutmaq yenidənbərpa sisteminin açarıdır və kök hüceyrələrə mesaj göndərir ki, yeni ağ qan hüceyrələri istehsal etsin və sonda elə bu məsələ bədəndə immun sistemin tamamilə bərpasına səbəb olur.
“Oruc tutmaq kök hüceyrələrə mesaj verir ki, sistemi tamamilə yenidən bərpa etməyə başlasın”. Bunu Koliforniya Universitetinin qocalma və bioloji elmlər üzrə professor  Valter Lonqo deyib.
Onun sözlərinə görə, sevindirici xəbər budur ki, oruc tutmaqla bədən, immun sisteminin  ziyan görmüş, qocalmış və  istifadəyə yararsız bölmələrini özündən uzaqlaşdırır və yenisi ilə əvəzləyir.
Professor V.Lanqo deyib ki, əgər kiminsə kimyaterapiya müalicəsi aldığı üçün və ya qocalığa görə immun sistemi zədələnibsə, müxtəlif dövrlərdə oruc  tutmaqla yeni və tamamilə təhlükəsiz immun sistemi yarada  bilər.
Uzun müddətli oruc tutmaq bədəni məcbur edir ki, bədəndə olan yağlar və qlükozaları istifadə etsin və ağ qan hüceyrələrinin həcminin azalmasına səbəb olur.
Hər dövr oruc tutma müddətində qanın ağ hüceyrələrində dəyşiklik baş verir və kök hüceyrələrlə mesaj ötrülür ki, yeni immun sistem yaratsın.
Müxtəlif insanların üzərində analizlərin aparılması üçün , onlardan istənilib ki, altı ay ərzində 2 gündən 4 günədək oruc tutsunlar. Alimlərə məlum olub ki, uzun müddətli oruc tutmaq həmçinin PKA adlı enzimin azalmasına səbəb olur. Bu enzim insanda qocalma , şiş və xərçəng xəstəlikləri riskini artıran hormunlardandır.
Professor Lanqo deyir ki, biz heç gözləmirdik ki, uzun müddətli oruc tutmaq kök hüceyrələri  qan yaradan sistemdə bərpa etmə əməliyyatını aparmağa bu cür həvəsləndirsin. Gördük ki, oruc tutmaq çox inanılmaz təsirə malikdir.
O deyir ki, aclıq yaşadığınız zaman bədən sistemi çalışır öz enerjisini qorusun və enerjini qoruyub saxlamaq üçün edə biləcəyi işlərdən biri budur ki, bədənin immun sistemində artıq olan hüceyrələri xüsusi ilə zərər görmüş hüceyrələri bərpa edir.
Lanqo deyib ki, biz analiz apardığımız insanlarda və heyvanlarda gördük ki, ağ qan hüceyrələri uzun müddət oruc tutmaqla azalır. Yemək yedikləri zaman isə onların qan hüceyrələri yenidən qayıdır. Bunun üçün biz düşünürdik ki, bu hüceyrələr hardan gəlib?

Oruc tutmaq həmçinin xərçəng xəstələrini kimyaterapiyanın zəhərli təsirləri qarşısında qoruyur.
“Kimyaterapiya insanın yaşaması ilə nəticələnir, amma istəmdən həmdə insanın immun sisteminin çoxlu ziyan görməsinə səbəb olur. Bu araşdırmanın nəticəsi göstərir ki, oruc tutmaq kimyaterapiyanın bu ziyanverici təsirini azalda bilər.”Bu sözləri Cənubi Koliforniya Universitetində Norris Xərçəng mərkəzi və xəstəxanasının həkim assistantı Tanya Durof deyir.
Professor Lanqo həmçinin deyir ki, bu sahədə əlavə kiliniki tədqiqatlar aparılmalıdır və bu cür pəhrizlər həkim nəzarəti altında həyata keçirilməlidir.
“Biz hazırda bu analizlərin təkcə immun sistem deyil həmdə  bədənin digər üzvləri və sistemlərinə təsiri ehtimalı üzərində də işəyirik”,-deyə Lanqo deyir
London Universitetində tibbi reabilitasiya üzrə mütəxəssis həkimi Kris Mison deyir ki, bu araşdrımada çox maraqlı məlumatlar var. Məlumatda göstərilir ki, oruc tutmaq hüceyrələrin sayının və ölçüsünn azalmasına səbəb olur. Sonra yeməkdən sonra yenidən bərpa olunur.  Bu faydalı ola bilər, ona görə ki, bu çox vaxt  tələb etmir və xərçəng xəstəsinə ciddi ziyan vermir. Amma o düşünür ki, yaxşı olar ki, bu təcrübəni həmdə dərman preparatlarından istifadə ilə birlikdə həyata keçirilsin ki, müalicədə orta yol tapılsın.
Professor Lanqo  deyir ki, oruc tutmağın ziyanlı olmasına dair heç bir göstərici yoxdur. Əksinə oruc tutmağın çox faydalı olduğunu dair çox möhkəm göstəricilər var.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-07-08 09:48:04 | Kateqoriya: RAMAZAN | İzlənilib: 322 | Bəyənib: 1