Çərşənbə 12 Dekabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Novruz bayramı İran tarixində (3)

Əşkanilər dövründə Novruz

SəhərTV--Əşkanilər dövründə Novruz mərasimlərinin necə keçirilməsi barədə məlumat yoxdur. Lakin Mehreqan mərasimlərinin keçirildiyini nəzərə alaraq təxmin etmək olar ki, Novruz, xüsusilə geniş xalq kütlələri arasında xüsusi əhəmiyyətlə qeyd olunurmuş. Fəxrəddin Əsəd Qorqanının "Veys və Ramin" poemasındakı bəzi işarələr bunu təsdiqləyir. Xüsusilə ona görə ki, kəbisə ilin təxirə düşməsi üzündən Novruz bayramının təbii astronomik mövqeyindən çıxdığına işarələr var.


Pur Davud həmin dövrdə Novruz barədə yazır: Sulukilər dövründən sonra Əşkanilərin İran soyundan və Zərdüşt dinindən olmalarına baxmayaraq yunanların 80 il müddətində onlara nəzarəti onlara təsir etmişdi və onlar İran adət ənənələrinə laqeydləşmişdilər. Lakin 476 illik bu dövrün sonlarında İran xalqı yenidən canlandı və gücləndi.


Sasanilər dövründə Novruz
Sasanilər dövründə Novruzun necə qeyd olunması barədə ətraflı məlumatlar mövcuddur. Pəhləvi mənbələrindən əlavə, Ərəb dilində ədəbi və tarixi kitablar bu barədə ətraflı məlumatlar təqdim edirlər.
Sasanilər dövründə Novruz bütün iranlıların milli bayramı hesab olunurmuş. Buna görə də hətta zərdüşti olmayan amma İran coğrafiyasında yaşayan xalqlar belə Novruz bayramını qeyd edirmişlər. Hətta Novruzun bəzi mərasimlər və ənənələri, Ermənistan və Gürcüstanın dini mərasimlərinə daxil olmuşdur.  Bəzi tarixçilər Sasani dövründə Novruz bayramının 1 ay müddətində qeyd olunduğunu bildirirlər. Təbii ki bu o demək deyil ki bütün xalqlar 1 ay müddətində şənlik mərasimləri keçirirmiş, şənlik mərasimləri Novruzun ilk 5 gününə məhdudlaşırmış.

Kiçik Novruz
Fərvərdin ayının ilk günü kütlə Novruzu yaxud kiçik Novruz adlanırmış və fərvərdin ayının ilk 5 günündə Novruz şənliklərində bütün insanlar iştirak edirmişlər buna görə də buna kütlə Novruzu deyirmişlər.

Böyük Novruz fərvərdinin 6-da
Qədim İranın Əvesta təqvimində hər günəş ayının 6-cı günü və hər ilin 3-cü ayı xordad adlanırmış.
Böyük Novruz yaxud xordad günü, qədim İranda fərvərdin ayının 6-cı günüdür. Bu gün qədim İran bayramları xüsusilə Sasanilər dövrünün bayramları arasında xüsusi əhəmiyyətə malik imiş. Bir çox önəmli hadisələr belə bir gündə baş vermişdir o cümlədən zərdüştilər Zərdüştün belə bir gündə anadan olduğunu inanırlar.
Sonralar iranlılar İslamı və İslam təqvimini qəbul etdikdən sonra fərvərdin ayının 6-da qeyd olunan  Fərvərdeqan və Böyük Novruz şənlikləri artıq öz əhəmiyyətini itirdi.

ardı var...


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-03-07 19:26:53 | Kateqoriya: NOVRUZ | İzlənilib: 796 | Bəyənib: 0