Çərşənbə 12 Dekabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Novruz Barmında təltif olunanlar

SəhərTV--Şahların Novruz ənənələrindən biri onların Novruz şənliklərinə start vermələri idi. Şahlar xalqa elan edirdi ki, onlara "bar" verəcək(təltif edəcək)  onlara yaxşılıq edəcəklər.
Novruzun ikinci günündə ən yüksək səviyyəli insanlar yəni, əkinçilər və böyük xanədanların üzvləri təltif edilirdi. 3-cü gün ən yüksək səviyyəli möbidlər təltif edilirdilər. 4-cü gün şah öz ailəsi və yaxın adamlarını təltif edirdi və 5-ci gün öz övladları və nazirlərini təltif edirdi. Beləliklə onları hər birinə layiqi olduqları rütbəni verirdi. 6-cı gün isə şah Novruzu artıq özü üçün və təklikdə qeyd edirdi.
Novruz və Mehreqan kimi iki böyük bayramda ədalət tələbi, şahın təltif etmələri və hədiyə və peşkəş ənənələri böyük əhəmiyyət kəsb edirdi. Novruzda sarayda belə bir ənənədə var idi ki, ərbablar qulların rolunu qollar isə ərbabların rolunu oynayırdılar.
Səlcuq soltanlarının vəziri olmuş xacə Nizamül-Mülk Tusi sasanilər dövründə Novruz şənlikləri barədə başqa bir faktı da qeydə alıb.
Əcəm şahları Novruz və Mehreqan günlərində ümumi görüşə icazə verirmişlər və şahla görüşmək istəyənlərə heç bir maneə yaradılmırmış. Hər kəs gəlib öz sərgüzəştini şaha deyir və şikayətini edirmiş və şah insanların məktublar və şikayətlərinə bir-bir baxırmış. əgər şikayət şaha qarşı olsaymış baş möbidi hakim edirmiş, şah taxtdan enir və möbidin qarşısında diz çökərək deyirmiş: " heç nədən qorxmadan mənimlə bu insan arasında hakimlik et. Ulu tanrının nəzdində şahların günahından daha böyük günah yoxdur, əgər şah zalım olarsa bütün qoşunları zalım olacaq və ulu tanrını unudacaq, nemətlərə görə naşükürlük edəcək."
Beləliklə möbid insanların harayına çatır və ədaləti bərqərar edirmiş. Lakin əgər kimsə şaha nahaq yerə şikayət qaldırsaymış onu çox acınacaqlı tale gözləyirmiş, möbid ona deyirmiş:" bu öz şahı və ölkəsinə qara yaxanın cəzası belə olmalıdır"
Novruzda daha zəif olan insanlar şaha yaxın, daha böyük vəzifə və gücə yaxın olanlar isə uzaqda durmalı imişlər. Ərdəşirdən 1-ci Yəzdgerddə qədər bu ənənə yerinə yetirilirmiş lakin Yəzdgerd ata-baba ənənələrinə dəyişikliklər etmişdir.
Xacə Nizamül-Mülk Tusi 1-ci Yəzdgerdin bu ənənəyə son qoyduğunu bildirir lakin əslində bu ənənə 2-ci Yəzdgerd tərəfindən ləğv edilmişdir.

Musiqidə Novruz
Sasanilər dövründə Novruza olan diqqət musiqidə də özünü göstərirmiş. Mənuçehri və Nizami kimi sonrakı şairlərin qeydə aldıqları Sasanilərə dövrünü aid mahnılar arasında Novruz, Novruz sazı, böyük Novruz və Qubad Novruzu adlarına rast gəlmək olur.

Böyük İslam Peyğəmbərindən(s.ə) Novruz haqda bir rəvayət
Zəkəriya Qəzvininin yazdığı Keyhan şenasi əsərində İslam peyğəmbərindən bir rəvayət təqdim olunub. əbdüs-Səməd bin Əli babası Abdullah bin Abbasa istinadla bu rəvayəti söyləyibmiş.
Rəvayətə görə peyğəmbərə içində şirini olan bir gümüş cam hədiyə olundu. Peyğəmbər bunun nə olduğunu soruşduqda dedilər ki bunlar Novruz şirniyyatlarıdır. Peyğəmbər Novruz nədir? Deyə soruşdu, iranlıların böyük bayramıdır dedilər. Bu anda peyğəmbər(s.ə) buyurdu: bu elə bir gündür ki, bu gündə Allah qoşunu yenidən bərpa etdi.
Hansı qoşun deyə soruşduqda peyğəmbər buyurdu: " minlərlə insan ölüm qorxusu ilə iqamətgahlarından çıxdılar Allah onlara dedi ölün və öldülər, Allah belə bir gündə onları yenidən diriltdi və onlara yağış yağdırdı, və məhz buna görə insanlar belə bir gündə bir-birlərini sulayırlar." Sonra peyğəmbər(s.ə) verilən şirniyyatdan bir az yedi və qalanını ətrafındakı insanlar arasında bölüşdürdü. Əbu Reyhan Biruni də Asarül-Baqiyyə əsərində bu rəvayəti gətirib.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-03-10 16:41:50 | Kateqoriya: NOVRUZ | İzlənilib: 508 | Bəyənib: 0