Çərşənbə 12 Dekabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Zərqami: Tezliklə "Səhər"in Azəri televiziyası 24 saatlıq olacaq

Səhər TV, xəbərlər—İran İslam Respublikasının Televiziya və Radio Təşkilatının sədri İzzətullah Zərqami bildirib: Tezliklə Beynəlxalq Səhər telekanalının Azəri televiziyası 24 saat fəaliyyət göstərəcək.

Bu gün Azəri və Kürdi televiziyalarının 24 saatlıq fəaliyyətə başlanması üçün Beynəlxalq Səhər telekanalının yeni yayım və studiyalarının işləri ilə yaxından tanış olan Zərqami bu məsələyə aydınlıq gətirib.

Zərqami Azəri və Kürdi televiziyalarının 24 saatlıq fəaliyyət göstərmələrinin vacibliyi barəsində deyib: İran İslam Respublikası televiziyalarının xarici ölkələrin xalqları ilə müsbət anlaşması sübuta yetmişdir və İranın Televiziya və Radio Təşkilatının sərhədaşırı televiziyalarının bir çox izləyicisi bu televiziyanın proqramlarının gecə-gündüz olmasını istəyir.

İran İslam Respublikası Televiziya və Radio Təşkilatının sədri mövcud ehtiyaca cavab olaraq Beynəlxalq Səhər Telekanalının Azəri və Kürdi televiziyalarının proqram yayımının tezliklə 24 saat olacağını bildirib.

Zərqami İran İslam Respublikasının Beynəlxalq Səhər telekanalının Azəri və Kürdi televiziyaları izləyicilərinə informasiya və təbliğat köməyini bu televiziyaların 24 saatlıq olmasının səbəblərindən adlandırıb və deyib: Misal üçün İŞİD terror qruplaşması qarşısında İraqın kürd dilli əhalisi və bu ölkənin digər xalq kütlələrinə dəstək məsələsində İran İslam Respublikası yeganə təsirli qüvvə olaraq meydana daxil oldu və bu xalqa İŞİD-in terror hücumları qarşısında ən böyük köməyi etdi. Bu da onların xilasına səbəb oldu. Buna görə, xalqın ehtiyac duyduğu xəbərlər və informasiyanın çatdırılması, düşüncə proqramlarının təmin olunması istiqamətində əla televiziya proqramları hazırlanmışdır.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-10-02 20:40:07 | Kateqoriya: İran | İzlənilib: 522 | Bəyənib: 0