Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Zərif: Xalqın fədakarlığı olmasaydı, böyük qüdrətlər qarşısında durmağa qadir olmazdıq

İran xarici işlər naziri deyib: Əgər xalqın təzyiqlər və sanksiyalar qarşısında fədakarlığı olmasaydı, böyük qüdrətlər qarşısında durmağa və xalqın baxışlarını irəli sürməyə qadir olmazdıq Səhər kanalının məlumatına görə, İranın xarici işlər naziri müharibə əlili gününün qeyd olunması mərasimində deyib: İranın beynəlxalq səhnədəki qələbə və uğurları xalqın rəşadəti və müqavimətindən mənşə alır.
Məhəmməd Cavad Zərif əlavə edib: Düşmənlər qarşısında müqavimət İslam İnqilabının nailiyyətlərindəndir.
İran xarici işlər naziri əlavə edib: Əgər hazırda da dünyanın böyük qüdrətlərinə təslim olmuruqsa, məhz müqavimət mədəniyyətinin qorunması və müqəddəs müdafiə dövrünün məğlubedilməzliyindən irəli gəlir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 17:48:34 | Kateqoriya: İran | İzlənilib: 536 | Bəyənib: 0