Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Zərif: İranın hərbi mərkəzlərində təftişə icazə verilməyəcək!

İran İslam Respublikasının xarici işlər naziri İranın nüvə müzakirə heyətinin müzakirələrin istənilən mərhələsində o cümlədən Fordo təsisatı ilə bağlı danışıqlarda İran İslam Respublikasının qırmızı xətlərinin qorunmasına sadiq olduğunu bildirib. Beynəlxalq Səhər Kanalının məlumatına görə, Məhəmməd Cavad Zərif İran İslam Şurası Məclisi informasiya agentliyi ilə müsahibədə ABŞ-ın nüvə müzakirələrindəki yeni tamahkarlıqları, Fordo təsisatı və İranın hərbi mərkəzlərində təftişlərin aparılması kimi yeni tələblər irəli sürməsi barədə deyib: Nüvə müzakirələrində Qərbli tərəflərin tamahkarlıqlarına heç bir vəchlə icazə verilmir.
Atom Enerjisi Beynəlxalq Agentliyinin baş direktoru Yokio Amano son zamanlar Asoşeyted Press informasiya agentliyi ilə müsahibədə iddia etmişdi ki, İran və 5+1 qrupu arasındakı nüvə anlaşması bu agentliyin müfəttişlərinə İranın hərbi mərkəzlərinə baxış keçirmək icazəsi vermiş olacaq.
Y.Amanonun bu iddiasının ardınca ABŞ rəsmiləri İranın hərbi mərkəzlərində təftişlərin aparılması məsələsini də nüvə müzakirələrinin predmeti kimi qələmə verməyə çalışırlar.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 12:11:06 | Kateqoriya: İran | İzlənilib: 208 | Bəyənib: 0