Çərşənbə Axşamı 22 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Yeni Rusiya necə olacaq? – Putinin şok planı

Putin sabiq prezident Viktor Yanukoviçdən Ukrayna hökumətinə qarşı istifadə edə bilər. Səhər telekanalı Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı iqtisadçı Andrey İllarionov bildirib.

"Rusiya Prezidenti Vladimir Putin hələ Ukraynanı tutmaqla Yeni Rusiyanı yaratmağı planlaşdırırdı. Ukraynanı tamam ələ keçirə bilmədi, ancaq planlarını reallaşdırdı. Putin hələ də Yeni Rusiyanın yaradılması planından qəti şəkildə imtina etməyib. Nə vaxt ki, Ukrayna hakimiyyətində siyasi böhran yaranacaq, o zaman Putin "qanuni prezident"dən istifadə edəcək", - İllarionov vurğulayıb.

Putinin kifayət qədər ağıllı olduğunu deyən İllarionov Ukraynanın işğalının dayandırıldığını bildirib:

"Putin bilir ki, indi Ukraynanı işğal etmək olmaz, ancaq ona nəzarət etmək lazımdır. Biz bilmirik ki, Yeni Rusiyanın sərhədlərini Putin necə görür. Şayiələrə görə, 8 ərazi vahidliyində birləşdiriləcək Yeni Rusiyanın paytaxtı Kiyev olacaq. Bu, Rusiya imperiyasının bərpasının birinci ssenarisi daxilindədir. Ancaq ukraynalıların müqaviməti bu planı dəyişdirdi. “İndi Putin hücum edə bilər?” sualı aktualdır. Bəli, edə bilər, etməyəcəyinə heç bir zəmanət yoxdur. Hərbi plan 2003-cü ildən mövcuddur və bu, Putinin xüsusi strateji səbrinə şahidlik edir. O, münasib vaxtı gözləyir. Rusiya separatçıları Donetskdə Ukrayna ordusunun müqaviməti ilə qarşılaşdı, ancaq Putin daha səliqəli şəkildə atılacaq addımları hesablayır".


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 14:43:40 | Kateqoriya: Dünya | İzlənilib: 148 | Bəyənib: 0