Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Yanğınla bağlı həbs

Dünən Bakının Azadlıq prospektində baş vermiş yanğın nəticəsində yaşayış binası tamamilə yanaraq məhv olub, hadisə nəticəsində 14 nəfər ölüb, 50 yaralı var.
16 mərtəbəli binanın üzlənməsini həyata keçirən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bu şirkət Bakı şəhərində onlarla binanı poliuretan üzlük materialları ilə üzləyib.

Məlumatlı mənbələrdən Turan-a daxil olan məlumata görə, Bakıda 800-ə yaxın yaşayış binası belə “alışan” üzləmə materialı ilə üzlənib. Üzləmə dörd növdədir və onların hamısı bu və ya digər temperaturda yanır.

Paytaxtın icra hakimiyyətlərinə bütün bu binaların birinci mərtəbələrinin demontajına başlamaq və mümkün yanğının söndürülməsi üçün su ilə dolu yük maşınlarını hazır saxlamaq tapşırılıb.

Birinci mərtəbələrdən yuxarıda üzləmənin demontajı daha sonra – Birinci Avropa Oyunlarından sonra həyata keçiriləcək.

İstintaq orqanları binaların məhz bu materiallarla üzlənməsinə kimin və necə icazə verdiyinin araşdırılması ilə məşğul olacaqlar. Təqsirkarlar cinayət məsuliyyətinə cəlb ediləcəklər.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-20 09:15:08 | Kateqoriya: Azərbaycan | İzlənilib: 237 | Bəyənib: 0