Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Yərmuk düşərgəsi sakinləri qətliam astanasında

Suriyanın Yərmuk düşərgəsi sakinlərinin terrorçular tərəfindən qətliam etmələrindən nigaranlığın artdığı bir halda, bir neçə fələstinli qrup İŞİD və əl-Nüsrə Cəbhəsi qruplaşmalarının bu düşərgədə işğal etdiyi hissələri geri almaq üçün müştərək hərbi əməliyyata başlamaq istəyirlər. Səhər Beynəlxalq Televiziyasının əl-Aləm kanalına istinadla verdiyi məlumata görə, İŞİD və əl-Nüsrə Cəbhəsi terror qruplaşmaları tərəfindən Yərmuk düşərgəsinin 20 min fələstinli qaçqının qırğını barədə nigaranlıq hələ də qalmaqdadır.
Suriya ordusu paytaxt Dəməşqin cənubunda yerləşən Yərmuk düşərgəsini hər tərəfdən mühasirəyə alıb.
Fələstin Azadlığı Xalq Cəbhəsinin rəhbərlərindən biri Suriyada Yərmuk düşərgəsinin xilası və başda İŞİD olmaqla bütün silahlı qruplaşmaların bu düşərgədən çıxmaları üçün ərəb və beynəlxalq siyasi mövqenin sərgilənməsi məqsədilə Fələstin Azadlığı Uğrunda Hərəkatın icraiyyə komitəsinin layihə hazırlamasını istəyib.
Fələstin Azadlığı Uğrunda Xalq Cəhbəsinin üzvü Əbu Kəffah Qazi deyib: Fələstin Azadlığı Uğrunda Xalq Cəbhəsi, Fəth İntifazə Hərəkatı, Fələstin Xalqı Mübarizə Cəbhəsi, Azadlıq Müharibə Milli Qaravulçuları və Milli Müdafiə Partiyası Yərmuk düşərgəsinin azadlığı üçün müştərək hərbi əməliyyata başlayıblar.
Yərmuk düşərgəsinin sakinlərindən 2 min nəfəri Suriya dövləti və fələstinli qrupların köməyi ilə terrorçuların nəzarətində olan bölgələrdən çıxarılıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-06 09:21:55 | Kateqoriya: Fələstin | İzlənilib: 210 | Bəyənib: 0