Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Yəmənin qəbilə qüvvələri Ərəbistanın daxilinə doğru irəliləyirlər

Ərəbistanın Nəcran məntəqəsinə raketin atılması və Yəmən qəbilələrinin Ərəbistanın daxilinə doğru irəliləməsinin ardınca Həccə vilayətində yeni bir cəbhə açılıb. Beynəlxalq Səhər Kanalının məlumatına görə, yerli bir informasiya qaynağı Ərəbistanın Nəcran məntəqəsinə doğru onlarla raket və mina mərmisinin atıldığını bildirib və deyib: Yəmən qəbilələri və xalq komitələri əl-Əyn əl-Həmra və əl-Məbxər məntəqələrində daha bir neçə hərbi bazanı ələ keçiriblər. Bu hücum zamanı yəmənli qüvvələr Ərəbistana aid çoxlu sayda silah və hərbi sursatı da qənimət olaraq götürüblər.
Bu məlumata görə, Ərəbistanın əl-Xəvbə məntəqəsində yerləşən strateji əhəmiyyətli Cəhfan dağına nəzarət də yəmənli qüvvələrin əlinə keçib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 17:42:59 | Kateqoriya: Dünya | İzlənilib: 248 | Bəyənib: 0