Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Yəhudilər sionist rejimin irqçilik siyasətlərini pislədilər

Çoxlu sayda efiopiyalı yəhudi işğal olunmuş Fələstində aksiya keçirərək sionist rejimin irqçilik və ayrı-seçkilik siyasətlərini pisləyib. Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, efiopiyalı etirazçılar cümə axşamı günü işğal olunmuş ərazilərin cənubunda aksiyada iştirak edərək sionist rejimin siyasətlərinə öz etirazlarını bildiriblər.
Sionist polis aksiyanın davam etməsinin qarşısını almaq üçün müdaxilə edib. Polisin müdaxiləsi insidentlə nəticələnib. Belə ki, çoxlu sayda etirazçı yaralanıb. Etirazlar artıq bir neçə gündür ki, başlanıb. Etirazlar Efiopiya əsilli əsgərin sionist polis məmurları tərəfindən döyülməsinə dair videonun yayılmasından sonra başlanıb.
İşğal olunmuş ərazilərdə olan və sayları təxminən 135 min olan efiopiyalı yəhudilər yoxsulluqla üzbəüzdür və onların yalnız yarısı orta məktəbləri bitirə bilirlər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-08 07:09:12 | Kateqoriya: Fələstin | İzlənilib: 244 | Bəyənib: 0