Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Xərçəngin euphorbia(euphorbiarigida) vasitəsilə müalicəsi

Səhər TV, xəbərlər-- İranın mərkəzində yerləşən İsfahan şəhərindəki Tibb Elmləri Universitetinin Əczaçılıq Fakültəsinin dekanı deyib ki, bu universitetin tədqiqatçıları  euphorbia bitkisi törəmələrinin xərçəng hüceyrələrinin inkişafının aradan qaldırılmasındakı təsirlərini sübut ediblər.
IRIB-nin məlumatına görə, bu tədqiqat layihəsinin tədqiqatçısı Behzad Bəhməni deyib: Taksanlar və catrofanların quruluş bənzərlikləri və onların xərçəng hüceyrələrində hüceyrə inkişafının aradan götürülməsindəki rolu, eləcə də kaspazların apoptoz istiqamətindəki roluna əsasən, bu bitkidən ayrılmış catrofan törəmələrinin yumurtalıq xərçənginin hüceyrə sıralarına təsirini araşdırmaq məqsədilə bu tədqiqat layihəsi icra olundu.
Cənab Bəhməni əlavə edib: Bu araşdırmadan əldə olunan nəticələr göstərir ki, catrofan törəmələri qatılığının artması ilə bir hüceyrənin iki hüceyrə sırasında yaşaması faizi mənalı surətdə azalıbdır.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-12-04 18:42:44 | Kateqoriya: Səhiyyə | İzlənilib: 414 | Bəyənib: 0