Çərşənbə Axşamı 16 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Uorlik: "Gərginliklə əlaqədar tez bir zamanda regiona səfər etməyi planlaşdırırıq"

Səhər TV, xəbərlər—"Tərəflərlə, o cümlədən prezidentlərlə danışıqlar aparmağı planlaşdırırıq". Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
APA-nın məlumatına görə, “ATƏT-in Minsk qrupunun həmsədrləri son həftələrdə Dağlıq Qarabağ regionunda baş verən gərginlikdən narahatdırlar”.
Son vaxtlar qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş vermiş zorakılıq hallarından ciddi narahatlıq keçirdiklərini qeyd edən diplomatın sözlərinə görə, son insidentlər və zorakılıq hallarının artması regionun bütün ölkələri üçün fəsad törədir: "Biz tez bir zamanda regiona səfər etmək, tərəflərlə, o cümlədən prezidentlərlə danışıqlar aparmağı planlaşdırırıq".
Minsk Qrupu həmsədrlərinin müzakirələri və bölgəyə səfər etmələri indiyə qədər heç bir nəticə verməmişdir.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-03 12:48:13 | Kateqoriya: Azərbaycan | İzlənilib: 213 | Bəyənib: 0