Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

UNRWA Yərmuk düşərgəsində silahlı qarşıdurmalar barədə hesabat verib

BMT-nin Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyi bazar ertəsi günü Suriya paytaxtı yaxınlığında yerləşən fələstinli qaçqınların düşərgəsində ağır silahlı toqquşmanın baş verməsi barədə hesabat yayıb. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, BMT-nin Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyinin Suriyadakı direktoru Maykl Kinqsli Dəməşqin 5 km cənubunda yerləşən Yərmuk düşərgəsinin hazırkı vəziyyəti barədə BMT Təhlükəsizlik Şurasına hesabat təqdim edib.
Bu hesabatda bildirilir: Yərmuk düşərgəsində vəziyyət ağır silahlı döyüşlərə görə acınacaqlıdır.
Bu döyüşlər sivillərin təhlükəyə düşməsinə səbəb olub.
Hesabata əsasən, 28 apreldən 1 maya qədər gecə qarşıdurmaları bir neçə günlük stabilliyi pozdu.
BMT sözçüsü Stefan Dojarrik deyib: Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyi hal-hazırda bu döyüşlərdə sivillərin tələfatını müəyyənləşdirə bilmir. Lakin ağır silahlardan istifadə olunan bu qarşıdurmalarda şəxsi əmlaka ciddi xəsarətlərin dəyməsi barədə etibarlı məlumatları əldə edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-05 07:18:27 | Kateqoriya: Fələstin | İzlənilib: 179 | Bəyənib: 0