Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Toqquşmalar Bakı və Yerevanı müharibəyə çəkir- The New York Times

SəhərTV,xəbərlər--The New York Times: "Ermənistan və Azərbaycan arasında münaqişə son aylarda ölümcül bir şiddətlə qızışıb".
"The New York Times" qəzetinin Moskva müxbiri David M. Herszenhorn Ağdamda hazırladığı reportajda qeyd edir ki, Ukrayna münaqişəsinin kölgəsində qalmasına baxmayaraq, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi son aylarda ölümcül bir şiddətlə qızışıb. Müxbirin qənaətinə görə, hər iki tərəfədən onlarca əsgərin öldürüldüyü toqquşmalar Bakı və Yerevanı qorxulu bir tərzdə açıq müharibəyə sarı çəkir.
Müəllifin fikrincə, Ermənistanın 1915-ci il qətliamının 100 illiyini qeyd etməyə hazırlaşdığı bu ildə gərginliyin daha da artacağı gözlənilir.
Bu da vurğulanır ki, münaqişəni həll etməli olan Minsk qrupu həmsədrlərindən biri - Rusiya hər iki tərəf üçün əsas silah təchizatçısıdır.

"The New York Times" qəzetinin müxbiri onlarca rəsmi, qaçqın, müharibə veteranı və adi sakinlərlə söhbətlərindən bu qənaətə gəlir ki, hər iki tərəfin gözləntisi sülh yox, müharibədir.
Müxbir yazır ki, bu cür daban-dabana zidd əhval-ruhiyyənin mövcud olduğu bir şəraitdə prezidentlər üçün sülh danışıqları aparıb razılığa gəlmək olduqca çətindir.
Bitərəf ekspertlər belə qənaətddədirlər ki, Azərbaycan Respublikası və Ermənistan arasında ara-sıra atəşkəsin pozulması kəskinləşsə də, istər müharibənin yenidən başlanması, istərsə də münaqişənin birdəfəlik həlli iki tərəfin iradəsindən asılı deyil. Olsaydı məsələ çoxdan birtərəflik olmuşdu. Məsələnin görünən tərəfi odur ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsindən daxili auditoriyanı əldə saxlamaq üçün bəhrələnərək, beynəlxalq arenada qarşı tərəfdən bir imtiyaz almaq vasitəsi kimi istifadə edirlər. Vasitəçilər də bunun fərqində olub, əslində münaqişənin həllini iki tərəfin iradəsinə bağlayırlar.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-02 12:24:23 | Kateqoriya: Qarabağ | İzlənilib: 266 | Bəyənib: 0