Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Tehranda "İranlı qadının geyimi" adlı ilk sərgi keçirilib

İlk dəfə olaraq, Niyavəran mədəni-tarixi kompleksində müxtəlif tarixi dövrlərdə "iranlı qadının geyimi" barədə ilk sərgi keçirilib. Səhər kanalının məlumatına görə, ilk dəfə olaraq, Niyavəran mədəni-tarixi kompleksində müxtəlif tarixi dövrlərdə, beş min il bundan əvvəldən Qacar dövrünədək "iranlı qadının geyimi" barədə "Fərafərin" adlı ilk sərgi keçirilib.
Sərgi beş min il bundan əvvəldən, miladdan əvvəl birinci və ikinci minilllik, əhəmənilər, sasanilər, zəndiyyələr və sair dövrlərdən Qacar dövrünədək iranlı qadının geyimini nümayiş etdirir və deməliyik ki, Qacar dövrünə aid geyimlər originaldırlar.
Bu sərgidə ən qədim geyim növü kraliça İzədbanu(Narundi)nun nümunələşdirilmiş geyimidir və beş min il bundan öncəyə adiddir və İran Bastan muzeyində mövcud olan Simin camı üzərində naxışlanıbdır.
Niyavəran mədəni-tarixi kompleksi bu sərgidə müxtəlif tarixi dövrlərdə iranlı qadının geyimindən nümunə götürülərək, tikilmiş 30 dəst paltarı "İkom İran"ın həmkarlığı ilə nümayiş etdirir. Həmçinin sərgidə qəşqavilər, Kaşan, şahsevən, türkmən və bəluç iynətikmələri və sairi nümayiş etdirilir. Bu sərgidəki paltarlar Fərin Novruzi və həmkarlarının 12 illik fəaliyyətinin nəticəsidir və məqsəd, İranın zəngin tarix və mədəniyyətini, həmçinin təbii boyalarla yaradılmış və əsl iranlı layihələr xəzinəsindən istifadə ilə sərgilənibdir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 12:34:28 | Kateqoriya: İran | İzlənilib: 297 | Bəyənib: 0