Bazar Ertəsi 10 Dekabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Təbriz müalicə məqsədli turistlərin cəzbində İranda ikinci yerdə durur

Tehran,(Səhər TV) - İranın Təbriz şəhəri müalicə məqsədli turizm sahəsində ölkədə ikinci yerdə durur. Sağlamlıq məqsədli turizm, turizm sektorunun ən dəyərli sahələrindəndir. Bu növ turizm, xəstəliyin müalicə edilməsi və ondan sonrakı istirahət müddətini arxada qoyma dövründən ibarətdir. İllik olaraq İranın müxtəlif ostanlarından habelə qonşu ölkələrdən müalicə üçün Təbrizin tibb üzrə dövlət və özəl müalicə mərkəzlərinə 103 mindən çox xəstənin müraciət etməsinə görə , Təbriz şəhəri İranda müalicə məqsədli turistlərin cəzbində ikinci yerdə durur. İranın şimal qərb ostanlarının sağlamlıq turizmi sahəsindəki qabiliyyətləri konfransının katibi Doktor Hüseyn Corabçı bu haqda deyib: İllik olaraq Mərkəzi Asiya, Qafqaz, Türkiyə və İraq ölkələri vətəndaşlarından 3 mindən çox xəstə, habelə İranın şimal qərb, şimal, Kürdüstan, Kirmanşah ostanlarından və hətta Tehrandan belə təqribən 100 mindən çox xəstə müalicə üçün Təbrizə səfər edir. Təbrizin Tibb Elmləri Universitetinin rektoru isə bu haqda deyib: Hazırda Təbrizdə 100-dən çox dövlət və özəl müalicə mərkəzi İranlı və xarici xəstələr üçün tibb xidmətləri təqdim edir. Doktor Cavadzadə deyib: İranın ilk ostan tibb fakültəsi 1324-cü hicri şəmsi ilində Təbrizdə təsis edildi və hazırda da Təbrizin Tibb Elmləri Universiteti İranın ən qədim keçmişə malik tibb elmləri universitetidir. Təbrizin Tibb Elmləri Universitetinin rektoru sonra deyib: Təbriz Universiteti İslam Dünyasının ən etibarlı universitetləri arasında xüsusi yerə malikdir. Hazırda Təbrizin Tibb Elmləri Universiteti ölkə xaricindəki 10-dan çox universitetlə elmi və tədqiqat əlaqələri və mübadilələrinə malikdir. İranın Şərqi və Qərbi Azərbaycan ostanlarının Müalicə Məsələləri İdarəsinin sədr müavini də bir məlumatda, Təbriz və Urmiyə şəhərlərində bütün tibb sahəsində, o cümlədən ürək transplantasiyası, Toraks üstün ekspert cərrahiyyəsi, plastik və reanimasiya cərrahiyyə əməliyyatları, həzm sistemi cərrahiyyə əməliyyatları bölməsi, böyrək transplantasiyası , göz qişası üzrə cərrahiyə əməliyyatlar bölməsi, əl və diz floşipləri, şişlər üzrə yüksək səviyyətli əməliyyatlar bölməsi, pediatr cərrahiyyə bölməsi habelə psixologiya və sinir bölmələri sutkanın bütün saatlarında daxili və xarici xəstələr üçün xidmət göstərməkdədirlər. Ustad Şəhriyar adına özəl xəstəxananın prezidenti Doktor Sirus Mehr bu xəstəxanaya gələn əksər xəstələrin xarici ölkə vətəndaşları habelə Azərbaycan R., Ermənistan və Gürcüstandan olan zənginlərin olduğunu bildirərək deyib: Hər gün təqribən 20 nəfər Təbrizin Ustad Şəhriyar xəstəxanasının müxtəlif bölmələrindəki misilsiz potensiallardan istifadə etmək üçün bu xəstəxanaya gəlir. İranın şimal qərbində yerləşən Ustad Şəhriyar özəl xəstəxanası mütəxəssis kadrlar və təchizat baxımından misilsizdir və bu ostanın 100-dən çox məşhur həkimi və cərrahı bu xəstəxanaya yüzlərlə milyard riyal sərmayə yatırıblar. Amerikanın Ürək Xəstəlikləri Həkimləri Assosiasiyasının üzvü olan Doktor Ətaollah Mənafi də bu haqda deyib: Hazırda sağlamlıq turizmi sahəsində bir peşəkar qrup təşkil etməklə üstün cərrahiyə əməliyyatlarına ehtiyacları olan xəstələri Fars-Körfəzi ölkələri, İraq , Mərkəzi Asiya və Qafqaz ölkələrindən cəzb edərək, müalicə üçün Tehran, Təbriz və Şiraz şəhərlərinin özəl tibb mərkəzlərinə göndəririk. İnsafla desək İranın bəzi yüksək səviyyəli tibb cərrahiyyə mərkəzlərinin tibb təchizatları və imkanları, Avropa və Amerika standartları hədindədir.M-12  


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2010-11-03 12:26:39 | Kateqoriya: İran | İzlənilib: 1064 | Bəyənib: 0