Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Suriya ordusu mühasirəni yardı

Təqribən bir ay bundan öncədən Əlnusrə terror qrupunün ünsürlərindən minlərlə nəfərin mühasirəsinə keçmiş Suriyanın İdlib vilayətindəki Cisrül-Şəğur şəhərindəki Əlvətəni xəstəxanasını müdafiə edən 250 suriyalı əsgər, Suriya ordusunun uğurlu əməliyyatı ilə mühasirəni yararaq, ondan çıxa bilibdir. Səhər kanalının Əlminar telekanalına istinadlı məlumatına görə, Suriya ordusunun mənbələri Əlvətəni xəstəxanasının mühasirəsinin yarılmasını və mühasirədə olan əsgərlərin bu xəstəxanadan çıxmasını, ağır artilleriya və hava qüvvələrinin dəstəyi ilə həyata keçirilən taktiki bir manevrin nəticəsi adlandırıblar. Bu manevr mühasirədəki hərbçilərin ordunun İdlib ətrafındakı mövqelərinə doğru geri çəkilmələrinə kömək edib.
Suriya prezidenti Bəşşar Əsəd iki həftə bundan öncə mühasirənin yarılacağına söz vermişdi. Bu uğur suriyalı əsgərlərə ruh yüksəkliyi bəxş edib.
Suriya ordusunun bacarıqlı qüvvələri bu əməliyyatda meydana girərək, Əlvətəni xəstəxanasında mühasirəyə düşmüş əsgərlərin çıxmaları üçün bir keçid açdılar. Azad olunmuş şəxslərin hamısı xəstəxanaya yatırılıb. Mühasirənin çox sərt şəraiti və bir ay müqavimət zamanı öldürülmüş yüzlərlə silahlının cəsədinin çürüməsi nəticəsində yaranan üfunət qoxusu suriyalı əsgərlərin tibbi yardımlara ehtiyac duymalarına səbəb olubdur.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 10:44:40 | Kateqoriya: Dünya | İzlənilib: 183 | Bəyənib: 0