Çərşənbə Axşamı 16 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Suriya daxili işlər naziri Tədəmmürün qədim əsərlərinin qorunmasını vurğuladı

Suriya daxili işlər naziri Tədəmmür şəhərinin qədim abidələrinin qorunması üçün səyin göstərilməsini vurğulayıb. Səhər Beynləxalq Televiziyasının Sky Nyus-un ərəbcə xidmətinə istinadla verdiyi məlumata görə, Məhəmməd əl-Şüar İŞİD terrorçularının Tədəmmür şəhərinə nəzarət etmələrinə toxunaraq deyib: Biz Suriya silahlı qüvvələrinin əməkdaşlığı ilə Tədəmmürün qədim abidələrinin qorunması üçün heç bir səyi əsirgəmirik.
Əl-Şüar əlavə edib: Biz Mədəniyyət Nazirliyi ilə təkcə Tədəmmürdə deyil, bütün Suriyada qədim abidələrin qorunması barədə koordinasiya edirik.
Digər tərəfdən, Suriyanın Muzey və Qədim Abidələr İdarəsi ordu, müxaliflər və beynəlxalq ictimaiyyətdən Tədəmmürün xilası üçün çalışmalarını istəyib.
Bu idarə bildirib ki, Tədəmmür şəhərində yüzlərlə heykəl təhlükəsizlik məkana köçürülüb.
Başqa bir məlumata görə, Suriya İnsan Haqları Gözətçisi bildirib: İŞİD terrorçuları Suriyanın Tədəmmür şəhərində tarixi məkanlara daxil olublar. Lakin indiyə qədər tarixi abidələrin dağıdılması barədə xəbər yayımlanmayıb.
Digər tərəfdən, YUNESKO İŞİD terrorçularının Tədəmmür şəhərinə nüfuz etmələri xəbərinin yayılmasının ardınca bu şəhərin qədim abidələrinin taleyi barədə nigaranlıq edərək, beynləxalq ictimaiyyətdən istəyib ki, həmin abidələrin dağılmasının qarşısını almaqla yanaşı, bu şəhər sakinlərini qorumağa çalışsın.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 11:53:58 | Kateqoriya: Dünya | İzlənilib: 197 | Bəyənib: 0