Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Sionistlərin işğal olunmuş Fələstindən mühacirəti misli görünməmiş həddə artıb

Sionistlərin ötən bir il ərzində işğal olunmuş ərazilərdən mühacirət etmələri misli görünməmiş həddə artıb. Səhər kanalının Fələstin informasiya mərkəzinə istinadlı məlumatına görə, Fələstində Müasir Araşdırmalar Mərkəzinin tədqiqatçısı və ekspert İbrahim Əbu Cabir bildirib ki, sionistlərin işğal olunmuş ərazilərdən kənara əks-mühacirəti göstəricisi Qəzzə müharibəsindən sonra artıbdır və bu göstəricilər göstərir ki, ötən on il ərzində hər ay 20 minə yaxın yəhudi işğal olunmuş əraziləri tərk edib.
Əbu Cabir vurğulayıb ki, ötən on illər ərzində ilk dəfə olaraq, əks-mühacirət göstəricisi yəhudilərin işğal olunmuş Fələstinə olan mühacirətdən önə keçibdir və bu məsələ sionist məsul şəxslərin son dərəcə nigaran olmalarında səbəb olub. Sionist məsələləri üzrə bu ekspert sionist rejimin böhranlı iqtisadi vəziyyətinə işarə edərək, deyib ki, xaricə mühacirət sionist gənclərdən əlavə bu rejimin yuxarı vəzifəli universitet işçiləri və mütəfəkkirləri arasında da rəvac tapıb və onlar xaricdə daha yaxşı gəlir əldə etmək ardıncadırlar, zira sionist rejimin iqtisadi vəziyyəti olduqca ağırdır.
Əbu Cabir əlavə edib: Yəhudi gənclərin sionist rejim yolunda öz həyatlarını qurban etmək və işğal olunmuş Fələstində qalmaq üzrə ideoloji və dini məqsədləri yoxdur. Onlar təkcə daha yaxşı həyat ardıncadırlar.
Sioinist rejimin onuncu telekanalının ən yeni rəy sorğusu göstərir ki, sionistlərin əlli faizi özünün gələcək proqramlarından biri kimi xarci mühacirət seçimini araşdırmaqdadır.
Sionistlərin işğal olunmuş Fələstin ərazilərindən əks-mühacirətləri elə bir şəraitdədir ki, bu rejim yəhudi mühacirləri cəzb etmək və işğal olunmuş Fələstində və sionist qəsəbələrdə sionistlərin sayını artırmaq üçün geniş təbliğatlar həyata keçiribdir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-05 11:38:43 | Kateqoriya: Fələstin | İzlənilib: 179 | Bəyənib: 0