Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Sionistlər "Sərt qaya" əməliyyatının məğlubiyyətini etiraf ediblər

Xəbərlər sionist rejim ordusunun ötən yay Qəzzəyə qarşı hücumda izlədiyi hədəflərin reallaşmasında məğlubiyyətə uğramasından söz açır. Səhər kanalının Əlminar telekanalına istinadlı məlumatına görə, Qəzzə zolağına qarşı "Sərt qaya" əməliyyatından doqquz ay sonra İsrailin dəyərləndirmələri bu rejimin fələstinlilərin hərbi qabiliyyətlərinin bərpasının, xüsusən tunellərin inşası və raket qabiliyyətlərinin gücləndirilməsinin qarşısının alınmasında nakam qalmasından xəbər verir. Bu dəyərləndirmələr işğal olunmuş Fələstində siyasi və xalq səviyyələrində bir çox suallar doğurubdur. Belə bir halda qorxu və dəhşət hissi Qəzzə zolağı ətrafındakı qəsəbələri təsir altına alıb.
Sionist rejim knessetinin üzvü Hayyem Luin deyib: "Sərt qaya" əməliyyatı fələstinliləri tərksilah edə bilmədikdə şübhə qalmır ki, Qəzzə zolağındakı fələstinlilərin yarısı silah və tunellərin qazıntısı sahəsində fəaliyyət göstərirlər.
Məlumatda sonra deyilir: Sionist rejimin uğursuzluğa etiraf etməsi təkcə tunellər və raket qüdrtəti məsələləri ilə məhdudlaşmır. Sionist dairələr həmçinin Həmas hərəkatının hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının komandanı Məhəmməd Əlzifin terroru üzrə səylərinin nakam qaldığını etiraf ediblər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-01 12:27:55 | Kateqoriya: Fələstin | İzlənilib: 194 | Bəyənib: 0