Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Sionist hərbçilər onlarla fələstinlini yaralayıblar

Sionist hərbçilər Qərb Sahilinin müxtəlif məntəqələrində fələstinli aksiyaçılara basqın edərək, onlarla nəfəri yaralayıblar. Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist hərbçilər bu gün fələstinlilərin Bələyn kəndindəki dinc aksiyasını yatırdıblar ki, nəticədə bir ispan fəal daxil olmaqla bir qrup aksiyaçı yaralanıb.
Bu məlumata görə, sionistlər aksiyaçılara qarşı gözyaşardıcı qaz və yandırıcı bombalardan istifadə ediblər. Nəticədə zeytun bağları və əkin sahələrinin böyük bir hissəsi yanıb.
Aksiyaçılar anti-sionist şüarlar verərək, sionist rejimin fələstinlilərə qarşı hücumlarını pisləyib və fələstinli məntəqələrdə sionist qəsəbəsalma və divarın çəkilməsinin dayandırılmasını istəyiblər.
Cümə günü digər fələstinli məntəqələrdə, o cümlədən Ramullah və Beyt-Ləhmdə də anti-sionist aksiyala keçirilib, lakin sionist hərbçilərin repressiyalarına məruz qalıb. Sionistər habelə bir qrup fələstinlini həbs ediblər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-02 07:49:01 | Kateqoriya: Fələstin | İzlənilib: 200 | Bəyənib: 0