Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Sabiq erməni rəsmi: “Qarabağ problemi heç vaxt bu qədər dalana dirənmiş vəziyyətdə olmayıb”

Səhər TV, Xəbərlər -- “armtoday.info” saytının verdiyi məlumata görə, Ermənistanın sabiq xarici işlər naziri, deputat Vardan Oskanyan deyib ki, Qarabağ problemi heç vaxt bu qədər dalana dirənmiş vəziyyətdə olmayıb.

Onun sözlərinə görə, hətta qonşu İranla olan proqram kağız üzərində qalıb: “Biz Rusiyanın hörmətini və Qərbin etimadını itirmişik. Yeganə yol hakimiyyətin dəyişməsidir. Xalqın səbri tükənib”.

Ermənistanın 2015-ci ilə qərarsızlıq və dərinləşməkdə olan problemlərlə başladığını deyən V. Oskanyan qeyd edib ki, 2014-cü il hakimiyyətin dəyişməsini istəyən siyasi qüvvələrin birləşməsi baxımından bənzərsiz olub.

“Ermənistan hakimiyyəti ölkədə heç nəyi dəyişməyə cəhd etmir, çünki öz maraqlarına xələl gətirmək istəmir”, - deyə o vurğulayıb.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-05 17:04:49 | Kateqoriya: Qarabağ | İzlənilib: 239 | Bəyənib: 0