Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

S.H.Nəsrullah: Tezliklə təkfirçilərə qarşı ümumi səfərbərlik elan edəcəyik

Livan Hizbullahının baş katibi təkfirçilərlə döyüşün xeyli önəmli olduğunu və tezliklə təkfirçilərə qarşı ümumi səfərbərliyin elan ediləcəyini vurğulayaraq, təkfirçilərlə mübarizədə hələ istifadə edilməmiş kozırlara malik olduqlarını bildirib. Səhər kanalının məlumatına görə, Seyid Həsən Nəsrullah dünən "müqavimət yaralıları günü" münasibətilə onlarla müqavimət yaralısı daxil olmaqla müqaivət qüvvələri komandanlarından bir qrupu üçün video-konfrans vasitəsi ilə etdiyi çıxışında vurğulayıb: Müqavimət heç bir ortaq dinə malik olmadığı təkfirçilərlə din və heysiyyət döyüşünə giribdir.
Livanın azad edilməsi və müqavimət bayramının ildönümü ərəfəsində çıxış edən Livan Hizbullahının baş katibi "Səffəyn döyüşünü təkmilləşdirməliyik" deyərək, söyləyib: Əgər biz Hələb, Hums və Dəməşqdə təkfirçilərlə döyüşməsək, onlarla Bəəlbək, Hərməl, Əlqaiyyə, Sur, Səyda, Nəbətiyyə və Livanın digər şəhər və kəndlərində döyüşməliyik.
Seyid Həsən Nəsrullah müqavimətin bugünkü vəziyyətinin keçmişdəkindən daha yaxşı olduğunu bildirrərək, deyib: Döyüşlərdə mövqelərimizə hörmətsizlik və ya onları inkar edən kəslər və ya hər hansı bir şey təkfirçilər ilə mübarizədəki əzmkarlığımızı aradan götürməyəcək.
O, Əlqələmun döyüşünün mövqeyinin ən yaxşı dəlilini iki terrorçu-təkfirçi qrup arasında ixtilafın yaranması adlandıraraq, deyib: Bu gün əgər bir kəs onlarla beyəti rədd edərsə, hamının başını kəsərlər.
Livan Hizbullahının baş katibi deyib: Bu savaşda əgər bizlərin yarısı və ya dörddə üçü şəhid olarsa, yerdə qalan yarısı və ya dörddə biri başıucalıq, şərəf və hörmətlə yaşayacaqdır və bu, ən yaxşı seçimdir. Sabah böyük tarixi gün- mayın 25-i, Livanın sionist düşmənin işğalından azad edilməsinin ildönümü günüdür və Livanın ən mühüm illik şənliyi keçiriləcək və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah video-konfrans vasitəsi ilə Livanın cənubunda yerləşən Nəbətiyyə şəhərinin Aşura meydanında Livan xalqının böyük toplantısında çıxış edəcək.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 09:30:08 | Kateqoriya: Dünya | İzlənilib: 193 | Bəyənib: 0