Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Sənanın cənubunda partlayışlar

Yəmənin təhlükəsizlik mənbələri bu ölkənin paytaxtı Sənanın cənubunda partlayışların baş verməsindən xəbər veriblər. Yəmən-Press informasiya portalının məlumatına görə, Yəmənin təhlükəsizlik mənbələri bildiriblər ki, Ərəbistanın Sənanın cənubunda Yəmən prezident qvardiyasının himayə qüvvələrinin düşərgəsi və yaşayış massivlərinə qarşı hava hücumlarından irəli gələn partlayışlar xəsarətlər törədibdir. Həmçinin təcavüzkar Ərəbistan təyyarələri bu gün bi neçə dəfə Sənanın cənubunda yaşayış massivləri, Əlsəvad və Zəbuh düşərgələrindəki himayə qüvvələrinin qərargahlarını bombalayıblar.
Yəmənin Ənsarullah xalq hərəkatının qüvvələri də zenit raketləri ilə təcavüzkar Ərəbistan təyyarələrini hədəfə alıblar.
Yəmənin ordusu və xalq qüvvələri Ərəbistanın hava hücumlarına cavab olaraq, daim bu ölkənin sərhəd məntəqələrindəki hərbi mövqelərini hədəfə alırlar.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 10:49:46 | Kateqoriya: Dünya | İzlənilib: 276 | Bəyənib: 0