Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Sümük iliyi xərçəngi; diaqnostik biomarkerlər və bərpaedici qranullar

İran Universitet Cihadı Döş Xərçəngi Tədqiqat Mərkəzinin rəisi xərçəng xəstələrinin müalicəyə reaksiyasını təyin etmək üçün biomarkerlərin hazırlanmasından xəbər verib. Dr.Keyvan Məcidzadə İSNA ilə müsahibədə xərçəng xəstəliyi üçün biomarkerlərin hazırlanmasını bu tədqiqat mərkəzinin fəaliyyət sahələrindən adlandırıb və deyib: Biomarkerlər xəstələrin müalicəyə və dərmanlara olan reaksiyasını təyin etmək üçün istifadə olunur. O, daha sonra deyib: bu vasitədən istifadə edərək, hansı xəstənin müalicəyə yaxşı cavab verdiyini və hansı xəstənin münasib cavab vermədiyini təyin etmək mümkündür. Məcidzadə rəhbərlik etdiyi tədqiqat mərkəzində çalışan mütəxəssislərin xərçəng biomarkerləri düzəltməyə nail olduqlarını deyərək, əlavə edib: Bu biomarkerlərdən xəstələrin vəziyyətini öncədən təyin etmək üçün istifadə etmək olar. Bu mənada ki, onların nə qədər həyatda qala biləcəklərini müəyyən edək. Dr.Keyvan Məcidzadə daha sonra deyib: Biz eyni zamanda sümük iliyi xərçəngindən əziyyət çəkən xəstələrdə zədələnmiş toxumaları bərpa edəcək təbii qranullar əldə etməyə nail olmuşuq. Dr.Məcidzadə həmçinin, nano-texnologiya və toxuma-mühəndisliyi metodları kimi yeni metodlardan istifadəyə işarə edərək, deyib: günümüzdə yeni müalicə metodları və vasitələrinin aşkar edilməsi ilə xərçəng xəstəliyi ilə mübarizədə yeni ümidlər yaranmış olub.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-03-02 09:40:34 | Kateqoriya: Səhiyyə | İzlənilib: 411 | Bəyənib: 0