Bazar Ertəsi 25 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Rusiya İŞİD ilə mübarizədə İraqa kömək edəcək

Rusiya prezidenti İŞİD ilə mübarizədə İraq dövlətinə kömək edəcəyini bildirib. Beynəlxalq Səhər Kanalının Rusiya əl-Yəum informasiya kanalına istinadla verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu sözləri Moskvada İraqın baş naziri Heydər əl-İbadi ilə görüşdə deyib.
Bu məlumata görə, Putin Kreml sarayında reallaşan görüşdə dünya iqtisadiyyatında və bölgədə yaşanan çətinliklərə baxmayaraq, Rusiya və İraq arasında əlaqələrin kəsilmədiyini, əksinə uğurlu bir şəkildə davam etdiyini söyləyib. İki ölkə arasında ticarət həcminin son 2 ildə 10 dəfə artdığını qeyd edən Putin İŞİD terror təşkilatı ilə mübarizədə İraqa kömək edəcəyini də söz verib.
Heydər əl-İbadi də öz növbəsində Moskva səfərinin iki ölkə əlaqələrində və terrorla mübarizədə xüsusi rol oynayacağını deyib.
Görüşün sonunda İraq və Rusiya arasında daha 40 hərbi vertolyotun alınması ilə bağlı razılaşma imzalanıb.
Digər tərəfdən, Rusiya Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin İŞİD-lə mübarizə üçün İraqı silahlandıracağını açıqlayıb.
İraqın Baş naziri Heydər əl-İbadinin Moskva səfərindən sonra jurnalistlərin suallarını cavablandıran Lavrov heç bir şərt olmadan Bağdada silah verməyi planlaşdırdıqlarını deyib.
Xatırladaq ki, İraqın sifariş verdiyi 4 milyard dollarlıq raket və döyüş vertolyotlarının Bağdada daşınması davam edir. Rusiya sonuncu dəfə Mi-28NE tipli döyüş vertolyotlarını Bağdada təhvil vermişdi.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 17:45:23 | Kateqoriya: Dünya | İzlənilib: 540 | Bəyənib: 0