Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Rusiya Dağlıq Qarabağdakı gərgin vəziyyətdən narahatdır

Səhər TV, xəbərlər—“Rusiya Dağlıq Qarabağda vəziyyətin ciddi kəskinləşməsindən narahatdır”.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində vəziyyət çox gərgin olaraq qalır.
A.Lukaşeviç ATƏT-in monitorinq missiyasının məlumatına istinadla qeyd edib ki, bu ilin yanvarında münaqişə zonasında 12 nəfər ölüb, 18-i isə yaralanıb.
Rusiya Federasiyası XİN rəsmisi bildirib: "Tərəfləri gərginliyin azaldılması üçün fəal tədbirlər görməyə təkidlə çağırırıq".


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-05 19:27:15 | Kateqoriya: Qarabağ | İzlənilib: 281 | Bəyənib: 0