Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Rəsmi Bakı İrəvana sərt cavab verdi

Səhər TV, xəbərlər—“Ermənistan tərəfinin Azərbaycan kəndlərini atəşə tutmasını təkzib etməsi, bundan əlavə, bunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən edildiyini iddia etməsi onların məsuliyyətdən yayınmağa çalışdığının göstəricisidir”.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Teleqraf.com-un sorğusunu cavablandırarkən, erməni tərəfinin yalnız uydurma ilə məşğul olduğunu deyib: "Lakin bu, onlarda nəinki heç də yaxşı alınmır, hətta artıq biabırçı forma alır.

Dərgahlı əlavə edib: “Onlar həmişə öz etdiklərini başqalarının üstünü atmaqla məşğuldurlar. Ermənistanın pilotsuz kəşfiyyat təyyarəsi vuruldu, boyunlarına almadılar. Bir neçə gün əvvəl 6 erməni minada partlayıb öldü, dedilər ki, bununla bağlı yayılan məlumatlar gülməlidir, onların kimliyindən xəbərimiz yoxdur. İndi də deyirlər ki, azərbaycanlılar özləri öz kəndlərini atəşə tutular. Bu, absurddur. Hərdən adama elə gəlir ki, Ermənistan rəhbərliyində oturanlar humanoiddirlər, yəni elə bil başqa planetdən gəliblər. Onlar bununla məsuliyyətdən yayınır, yalan danışır, itkilərini erməni ictimaiyyətindən gizlədirlər. Çünki bilirlər ki, Ermənistan cəmiyyəti əsl həqiqəti bilsə, onlar üçün heç də yaxşı olmayacaq”.
Qeyd edək ki, erməni KİV-lərinin yazdığına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, Azərbaycan Silahlı Qüvvələri öz kəndlərini atəşə tutmaqla növbəti təxribat hazırlayır. Onun sözlərinə görə, fevralın 4-də Ermənistan vaxtı ilə saat 22:40-dan etibarən Ermənistanın Tavuş rayonunun Baqanis və Şavarşavan kəndlərinin qarşı tərəfində, Azərbaycan tərəfindəki mövqelərdən Paraxlı kəndi intensiv atəşə tutulub.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-05 19:52:09 | Kateqoriya: Qarabağ | İzlənilib: 239 | Bəyənib: 0