Bazar Ertəsi 25 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

QMİ: Din məktəblərdə tədris olunmalıdır

Azərbaycan Respublikasının din məsələləri üzrə məsul şəxsləri gənclərin təlim və tərbiyə olunmamasını Yaxın Şərq olayları, ifratçı qruplaşmalar və İŞİD vəhşiliyinin insanlara qarşı hərəkətlərinin nəticəsi adlandırıb. Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycanın bütövlüyü yolunda cəmiyyətin sədr müavini Elman Cəfərli "Gənclər radikal dini qruplara niyə meyl edir?" mövzusunda keçirilən dəyirmi masada deyib: Təlim və tərbiyə məsələlərində yanlışlıq gənclərin radikal dini qruplaşmalara qoşulmasına səbəb olur.
Yeni Çağ qəzetinin baş redaktoru Aqill Ələsgər də bu dəyirmi masada bildirib: İŞİD və əl-Nüsrə Cəbhəsi kimi terror qruplaşmalarının Azərbaycan Respublikasında çox ciddi şəkildə dayaqları və sosial bazaları vardır. Bu təşkilatlar və digər radikal cərəyanlar dəqiq şəkildə öyrənilməlidir. Bildirilir ki, təxminən 132 azərbaycanlı İŞİD-in tərkibində həlak olub.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev də dəyirmi masada deyib: Gənclərin radikal dini qruplara maraq göstərməsinin qarşısını almaq üçün hamı çalışmalıdır. Biz İranda öz nümayəndəliyimizi yaratmışıq. Hazırda İranda çoxlu sayda azərbaycanlı tələbə təhsil alır. İran ruhanilərinin azərbaycanlı tələbələrin fəaliyyətlərinə ehtiyacları ola bilər. Nurullayev bildirib: İslam Universiteti tərəfindən bir neçə il əvvəl Səudiyyə Ərəbistanına tələbələr göndərirdik. Biz orada tələbələrin təsir altına düşməsini görərək, tələbə göndərməsini dayandırdıq.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 18:58:54 | Kateqoriya: Azərbaycan | İzlənilib: 216 | Bəyənib: 0