Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

QAT sədri partiyaların tərəfsiz mövqelərini tənqid edib

Qarabağ Azadlıq Təşkilatının sədri partiyaların Qarabağ barədə tərəfsiz mövqelərini tənqid edib. Səhər kanalının məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının sədri partiyaların Qarabağ barədəki mövqelərini qaneedici bilməyib və deyib: Biz həmişə bütün partiyalardan istəmişik ki, Qarabağ barədə yeni mövqe tutsunlar. Bəziləri digər beynəlxalq qurum və mərkəzlərin siyasətlərini icra etmək ardıncadırlar. Bu üzdən, partiyalar tərəfindən Qarabağ barədə naməlum mövqe mövcuddur.
Akif Nağı sonra deyib: Ola bilər, mətbuat Qarabağdan daha mühüm məsələ kimi digər məsələni irəli sürsün, amma bizim təşkilat digər məsələlərə məhəl qoymadan öz hədəflərini izləyir.
Onun sözlərinə görə, bu günlər ölkədə idman diplomatiyası barədə mətləblər eşidilir. Halbuki erməni nümayəndələrin olimpiya oyunlarında iştirakını diqqətlə izləyirik və əgər erməni idmançılar Bakıya gələrlərsə, onların ölkədən çıxarılmalarını istəyəcəyik. O, sonra deyib: Bizim səyimiz budur ki, xalqı müharibəyə hazırlayaq, zira Qarabağ münaqişəsinin bundan başqa həll yolu yoxdur.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 20:40:51 | Kateqoriya: Azərbaycan | İzlənilib: 251 | Bəyənib: 0