Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qarabağ məsələsi Avropanı narahat edirmiş

Avropa Şurasının Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə hazırlayacaq. Belə bir bəyanatla İrəvanda Avropa Şurasının Parlament Assambleyasının rəhbəri Ann Brassör çıxış edib. Ermənistan mətbuatının verdiyi məlumata görə, Ann Brassör deyib: "Dialoq, problemin həllinin tapılacağı yeganə çıxış yoludur. Zorakılıq heç vaxt cavab qismində çıxış etməməlidir”.

AŞPA-nın münaqişənin nizamlanmasına töhfə vermək məqsədilə məruzə hazırlayacağını deyən A. Brassör bildirib ki, müvafiq sənədin ATƏT-in Minsk qrupunun davam etdirdiyi prosesə müdaxiləsi olmayacaq.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun davam etdirdiyi vasitəçilik rolunun Azərbaycan Respublikası vətəndaşları tərəfindən dayandırlamsı tələb olunur. İctimaiyyət, həmsədrlərin Ermənistanın xeyrinə işlədiyini deyir.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-13 17:32:12 | Kateqoriya: Qarabağ | İzlənilib: 268 | Bəyənib: 0