Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qəzzə müharibəsindən qalan raket partladı; 61 fələstinli yaralandı

Qəzzə zolağının şimalında yerləşən əl-Ətatərə məntəqəsində bu bölgədəki müharibədən qalan bir raketin partlaması nəticəsində ən azı 61 fələstinli yaralanıb. Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədrə deyib: Sionistlər bu raketi Qəzzə müharibəsi zamanı atmışdılar. Lakin partlamamış qalmışdı və müqavimət qüvvələrinin onu zərərsizləşdirmək istədikləri zaman partlayıb. Nəticədə bir qrup fələstinli yaralanıb. Yaralıların bəzisinin vəziyyəti ağırdır.
Fələstin Özünüidarə Təşkilatının Daxili İşlər Nazirliyi də bu partlayışda bir qrup fələstinlinin şəhid olduğunu bildirib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-15 10:38:03 | Kateqoriya: Fələstin | İzlənilib: 160 | Bəyənib: 0