Şənbə 17 Noyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qərbi Azərbaycan vilayətində 3 gün ümumi matəm elan olunub

(Səhər TV)-Urmiyədə İranın bir sərnişin təyyarəsinin qəzaya uğraması və onun sərnişinlərindən bir çoxunun həlak olmasının ardınca Qərbi Azərbaycan vilayətinin ostandarı bu vilayətdə 3 gün ümumi matəm elan edib. İran-Air şirkətinə məxsus Boinq-727 təyyarəsi ötən gecə 19:45 dəqiqədə Urmiyənin 7 km-liyində Qarahəsənli, Çehreqoşa və Kilsəkəndi kəndləri yaxınlığında qəzaya uğrayıb. Əldə olunan son məlumatlara əsasən bu qəzada həlak olan 77 nəfərdən 41 nəfərinin kimliyi müəyyənləşib. Sərnişin və ekipaj heyətinin sayı 104 nəfər olan bu təyyarənin 27 nəfəri də yaralanıb.B-20


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2011-01-10 09:22:50 | Kateqoriya: İran | İzlənilib: 312 | Bəyənib: 0