Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qərb silah satmaq və regionda baza almaq ardıncadır

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib ki, İran regionda təhlükəsizliyin qorunması və bərqərarında daha artıq rol oynamağa maraqlıdır. İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi İSNA ilə müsahibədə İslam İnqilabının Böyük Rəhbərinin Fars Körfəzinin təhlükəsizliyinin region ölkələri tərəfindən qorunması haqdakı son bəyanatına işarə edərək, deyib: Regionun ərəb ölkələri bilsinlər ki, Amerika, Fransa və İngiltərənin heç birinin onların milli mraqları və təhlükəsizliklərinə ürəkləri yanmır. Onlar silah satmaq və regionda baza almaq ardıncadırlar.
Brucerdi "Təəssüflə, bir çox region ölkəsi düşmənlərin siyasətlərinin təsiri altındadır" deyərək, əlavə edib: Amerika və müttəfiqləri daxil olmaqla region düşmənləri İranofobiya siyasətini izləyirlər. Buna görə də yaxşı olardı ki, region ölkələri sayıqlıqla bu siyasətdən uzaq dursunlar.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri vurğulayıb ki, İran İslam Respublikası ölkələrə qarşı qayğıkeşdir və imkanları daxilində regionun təhlükəsizliyinin qorunmasında əsas rol oynamağa maraqlıdır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 11:26:44 | Kateqoriya: İran | İzlənilib: 306 | Bəyənib: 0