Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Plazma texnologiyasından istifadə ilə İranda elektrik istehsalı

Səhər TV, Xəbərlər- İranda Yeni Enerjilər Təşkilatının Araşdırma Ofisinin müdiri deyib: Dünyada az sayda ölkə elektrik istehsalı və zibil və tullantının məhv edilməsi təmayüllü plazma texniki biliyinə malikdir və Yaxın Şərq məntəqəsində bizim ölkəmiz bu texnologiyaya malik olan yeganə ölkədir.
İranın Energetika Nazirliyinin informasiya portalının məlumatına görə, Əkbər Şəbani-Kiya deyib: Tullantılar bütün şəhərlərin, xüsusən iri şəhərlərin üzləşdikləri problemlərdəndir və onların məhvi üçün müxtəlif üsullar mövcuddur; müxtəlif ölkələrin iş gündəmlərində duran proqramlardan biri, şəhər tullantılarından elektrik istehsalıdır.
Şəbani-Kiya söyləyib: Plazma texnologiyasından tullantıların məhvindən əlavə, elektrik istehsalında da istifadə olunur ki, 90%-dən yuxarı səmərəliliyə malikdir və modern texnologiyalardan sayılır.
O, sonra deyib: Biz hazırda məşəlinin tutumu 40 kilovatt və gündə bir tonluq istehsal həcminə malik olan reaktor üzərində işləyirik.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-10-27 22:20:57 | Kateqoriya: Səhiyyə | İzlənilib: 336 | Bəyənib: 0