Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Pentaqon Ərəbistana 10 ədəd helikopterin verilməsi ilə razılaşıb

ABŞ-ın Müdafiə Nazirliyi Ərəbistana ümumi dəyəri 9.1 milyard dollar olan 10 ədəd "MH-60" helikopterinin satılması ilə razılaşıb. Beynəlxalq Səhər Kanalının məlumatına görə, Vaşinqtonun bu addımı Ərəbistan ordusu Dəniz Qüvvələrinin Şərq Donanmasının yenilənməsi ilə bağlı bir neçə milyard dollarlıq layihə çərçivəsindədir.
ABŞ-ın Müdafiə Nazirliyinin Təhlükəsizlik Müdafiə Əməkdaşlıqları Agentliyi Konqress üzvlərini bu silah satışı ilə bağlı məlumatlandırıb.
Ərəbistan bu helikopterlərdən başqa lokator sistemləri, raket və digər silah və hərbi sursat almaq niyyətindədir.
Bu məlumata görə, mövcud rəqəmlərə əsasən Ərəbistanın cari ildə ABŞ-dan alacağı silah və hərbi təchizatlar üçün 9.8 milyard dollar vəsait xərcləyəcək. Bu isə dünyanın silah bazarının illik dövriyyəsinin 15%-i deməkdir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 11:36:08 | Kateqoriya: Dünya | İzlənilib: 266 | Bəyənib: 0