Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Obama İranla nüvə razılaşmasının Konqresdə araşdırılması qərarını imzaladı

ABŞ prezidenti Barak Obama dünən İranla nüvə razılaşmasının Konqresdə yenidən nəzərdən keçirilməsi qərarını imzalayıb. Səhər kanalının Assoşieyted Press-ə istinadlı məlumatına görə, Obama bu qərarı Ağ Ev-də və rəsmi mərasim keçirilmədən imzalayıb. Bununla belə, o, deyibdir ki, İranla nüvə müzakirələrinin dəqiq araşdırılmasını alqışlayır. Bu layihənin qanuniləşməsilə əslində ABŞ Konqresi İranla razılaşmanın rədd olunması ehtimalı və ya qəbul edilməsinə nəzarət haqqına malik olacaq. Bu qanun konqresin sanksiyalarını dayandırmağı Obamaya otuz gün qadağan edəcək.
Konqresin bu razılaşma ilə müxalifət edəcəyi halda Obama bu qərara qarşı veto haqqından istifadə edə bilər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 07:19:44 | Kateqoriya: İran | İzlənilib: 230 | Bəyənib: 0