Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

"Nicat" gəmisi Cibuti limanında

İranın Yəmən xalqına humanitar yardımlarını daşıyan gəminin sözçüsü deyib ki, "Nicat" gəmisi cümə günü axşam Cibuti limanında lövbər salıb. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə koordinasiya əsasında gəmi BMT-nin Ümumdünya Qida Proqramı Agentliyi tərəfindən nəzərdən keçiriləcək, sonra isə yekun məqsədə doğru hərəkət edəcək. Səhər kanalının məlumatına görə, Seyid Muctəba Əhmədi dünən axşam İRNA müxbirinə deyib ki, gəminin məqsədə doğru səfəri ilə bağlı dəqiq proqramı Ümumdünya Qida Proqramı Agentliyi tərəfindən nəzərdən keçirildikdən sonra elan olunacaq.
İranın Yəmən xalqına yardımlarını daşıyan "Nicat" gəmisi ötən həftənin bazar ertəsi günü axşam çağı Bəndər-Abbasın şəhid Rəcayi adına limanından Yəmənə doğru hərəkətə başladı.
İran xalqının 2500 tonluq yardımlarını daşıyan bu gəmini Avropa və Amerikadan olan 3 anti-müharibə fəalı və İranın Qırmızı Aypara Cəmiyyətinin tibb və yardım qrupu müşayiət edirlər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 07:23:55 | Kateqoriya: İran | İzlənilib: 277 | Bəyənib: 0