Cümə Axşamı 27 Iyul 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Netanyahunun çıxışı knesset üzvləri tərəfindən rişxəndlə qarşılanıb

Sionist rejim baş nazirinin İsrail knessetində keçirilən inauqurasiya mərasimində söylədikləri knesset üzvləri tərəfindən rişxəndlə qarşılanıb. Beynəlxalq Səhər Kanalının məlumatına görə, Benyamin Netanyahu yeni nazirlər kabinetinin inauqurasiya mərasimində iddia edib ki, başçılıq etdiyi nazirlər kabineti sülhün bərqərar edilməsi yolunda addımlayacaq. Netanyahunun şəxsi və başçılıq etdiyi nazirlər kabinetinin ifratçı mövqeyi ilə zidd olan bu sözləri knesset üzvləri tərəfindən rişxəndlə qarşılanıb.
Bu məlumata görə, knessetin ərəb üzvləri Netanyahunun çıxışı zamanı onun seçkiöncəsi təbliğatlar zamanı etdiyi çıxışın audio yazısını yayımlayıblar. Netanyahu həmin çıxışı zamanı sionistləri 1948-ci ildə işğal edilmiş Fələstin ərazilərində yaşayan fələstinlilər əleyhinə təhrik və ərəbləri təhqir edir.
B.Netanyahunun koalisiya yolu ilə təşkil etdiyi yeni nazirlər kabineti cümə axşamı knessetdə keçirilən inauqurasiya mərasimində iştirak edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-16 09:58:35 | Kateqoriya: Fələstin | İzlənilib: 284 | Bəyənib: 0