Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Nazirin qardaşı oğlu vergidən yayınır

Azərbaycan Respublikası Vergilər Nazirliyi mayın 20-nə olan borclu vergi ödəyicilərinin siyahısını açıqlayıb. Bu barədə nazirlik məlumat yayıb. Səhər beynəlxalq telekanalının Faktxeber.com-a istinadlı məlumatına görə, siyahıda bəzi dövlət orqanları ilə yanaşı "Transqeyt" MMC-nin də vergidən yayındığı məlum olub. Məlumata əsasən, qanun pozuntusu Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən aşkarlanıb.
Vergi ödəyicisi Bakı şəhəri Nərimanov rayonunda qeydiyyatdadır. Vergi borcunun həcmi açıqlanmır. MMC-dən məsələyə münasibət bildirmək istəmədilər.
Qeyd edək ki, "Transgeyt" MMC nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Rövşən Məmmədova məxsusdur.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 08:47:13 | Kateqoriya: Azərbaycan | İzlənilib: 179 | Bəyənib: 0