Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə işğal faktına son qoyulmalıdır”

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ATƏT-ə sədrliyi üzrə işçi qrupun rəhbəri səfir Dejan Şahoviçi ilə görüşdə, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb. APA-nın məlumatına görə, Azərbaycan Respublikası xarici işlər naziri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.
ATƏT-in Minsk Qrupunun uğursuz vasitəçiliyi Azərbaycan rəsmilərini də tənqidə vadar edib.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri olan üç dövlət son 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmayıblar. Mən doğma torpaqlarımızın işğalına son qoyulmayınca, torpaqlarıma qayıtmayınca, Minsk Qrupunun həmsədri olan dövlətlər barədə tənqidlərimə son qoymayacağam. Bu sözləri isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
“Bizim problemlərin səbəbkarı Rusiya, ABŞ və Fransadır. Mənim söylədiyim tənqidi fikirlər Rusiya, ABŞ və Fransa xalqlarına deyil, onların rəsmilərinə aiddir”, - deyə Ə. Həsənov söyləyib. O, ABŞ, Rusiya və Avropanın bölgənin 3 müsəlman ölkəsi olan Azərbaycan, Türkiyə və İranın yaxınlaşmasının qarşısını almağa çalışdığını bildirib.



Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-06 19:39:12 | Kateqoriya: Qarabağ | İzlənilib: 333 | Bəyənib: 0