Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Məhəmməd Sərəfraz: İran xalqı İnqilab Rəhbərinin kənarındadır!

İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri deyib: İran xalqı ABŞ-ın nüvə anlaşmasına sədaqəti barədə İnqilab Rəhbərinin baxışları ilə eyni fikirə malikdir. Beynəlxalq Səhər Kanalının məlumatına görə, İİR Radio və Televiziya Təşkilatının sədri cənab Məhəmməd Sərəfraz cümə axşamı Cənubi Xorasan vilayəti Radio və Televiziyasının texniki və abadlıq layihələrinin istifadəyə verilməsi mərasimində deyib: Radio və Televiziya Təşkilatının apardığı rəy sorğusuna əsasən İran xalqının 70%-i ABŞ-ın nüvə anlaşmasına sadiq olmayacağı qənaətindədir. Bu isə İran xalqının bu mövzu ilə bağlı İnqilab Rəhbərinin baxışları ilə eyni mövqeyə malik olması mənasındadır.
M.Sərəfraz əlavə edib: Bu rəy sorğusuna görə, İran xalqının 64%-i nüvə müzakirələrinin işıqlandırılmasında Radio və Televiziya Təşkilatının bitərəf qalmasının tərəfdarıdır. Həmçinin, xalqın 73%-i nüvə müzakirələrinin nəticəsiz başa çatacağı təqdirdə ölkədə uranın zənginləşdirilməsi prosesinin davam etdirilməli olduğuna inanır.
İranın Radio və Televiziya Təşkilatının sədri əlavə edib: Bu rəy sorğusunun nəticələrinə görə əhalinin 70%-i nüvə müzakirələrinin nəticəsiz başa çatacağı təqdirdə, düşmənin fitnələrini önləmək üçün idxalın azaldılması fikri ilə razıdır. Eyni zamanda, əhalinin 75%-i bu rəy sorğusunda bildiriblər ki, müzakirələr nəticəsiz başa çatarsa, bunun səbəbi ABŞ-ın tamahkarlıqları olmuş olacaq.
M.Sərəfraz daha sonra deyib: Nüvə müzakirələrində qarşı tərəf elə əvvəldən tamahkarlıq və İran xalqını təhqir etmək baxışı ilə müzakirələrə daxil olmuş oldu. Amma, İnqilab Rəhbərinin müqaviməti və o həzrətin qətiyyətli bəyanatları indiyə kimi bu tamahkarlıqların cavabını vermiş olub.
Cənab Sərəfraz həmçinin, Yəmən olayları haqda deyib: Ərəbistan Yəmənə təcavüzləri zamanı İsrailin Fələstinə qarşı cinayətlərini təkrarlamış olub. Aradakı fərq bundan ibarətdir ki, İsrail media təbliğatlarından istifadə edərək, yaşayış massivlərini hədəfə alır. Ərəbistan isə heç bir səbəb göstərmədən Yəmənin istənilən strukturlarını hədəfə alır, sivil insanları və yaşayış massivlərini bombalayır. Bununla da Ərəbistan öz quyusunu qazmış olur.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 09:16:10 | Kateqoriya: İran | İzlənilib: 280 | Bəyənib: 0