Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Livni: Netanyahunun kabineti davam gətirməyəcək

Sionist rejimin keçmiş xarici işlər naziri və Hatnuah partiyasının lideri deyib ki, Netanyahunun kabineti davam gətirməyəcək. Səhər-in məlumatına görə, Livni dünən sionist Vala portalı ilə müsahibədə əlavə edib: Knessetdə 61 yerə malik olan nazirlər kabineti hər an dağılmaq təhlükəsi qarşısındadır.
Sionist rejimin keçmiş xarici işlər naziri hazırkı Nazirlər Kabineti üçün ən münasib adı "şəhərcik sakinləri dövləti" seçərək, vurğulayıb ki, Netanyahu fələstinlilərə sülh ilə bağlı heç bir ümid verməyəcək, əksinə koalisiya "hökuməti"ndə iştirak edən sağ təmayüllü və dini partiyaları razı saxlamaq üçün qəsəbələrin genişləndirilməsini davam etdirəcək.
Bundan öncə də sionist rejimin xarici işlər naziri Aviqdor Liberman Benyamin Netanyahunun nazirlər kabinetindən kənara çəkildiyini bildirərək, demişdi ki, Netanyahunun sonrakı hökumətində iştirak etməyəcək.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-08 09:44:01 | Kateqoriya: Fələstin | İzlənilib: 184 | Bəyənib: 0