Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Laricani nüvə haqqının alınması üzrə müqaviməti vurğulayıb

İran İslam Şurası Məclisinin sədri nüvə haqqının alınması üzrə İran xalqının müqavimətini vurğulayıb. Səhər kanalının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani dünən axşam Tehranda 32-ci Beynəlxalq Quran Müsabiqəsinin bağlanış mərasimində düşmənlərin İrana qarşı fitnələrinə toxunaraq, deyib ki, İran xalqı öz milli maraqları yolunda müqavimətlə heç vaxt zərər çəkməyib və İslami İran öz nüvə haqqının qorunması üçün müqavimət göstərəcək.
Laricani İslam İnqilabının Böyük Rəhbərinin nüvə müzakirələri haqdakı son çıxışına işarə edərək, bu çıxışı dəqiq və haqlı adlandırıb və deyib ki, İran İslam Respublikası öz nüvə təsisatlarından təftiş keçirmələri üzrə Qərbin yeni sistemlərini qəbul etməyəcək.
İran İslam Şurası Məclisinin sədri sanksiyalar keçmişinə toxunaraq, deyib ki, İran İslam Respublikası nüvə silahı ardınca deyil, zira İslam İnqilabının Böyük Rəhbəri kütləvi qırğın silahlarının istehsalının haram olması fitvasını veriblər.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 08:01:01 | Kateqoriya: İran | İzlənilib: 254 | Bəyənib: 0